İsveçin baş naziri Ulf Kristersson krallığa rəsmi səfərə gələn Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb .
Elchi.az xəbər verir ki, bu barədə “Expressen” qəzeti yazır.
“Expressen”in məlumatına görə, Kristersson və Zelenski iki dövlətin müxtəlif nazirlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirirlər. Portal əlavə edir ki, söhbət xüsusən XİN rəhbərlərindən, iqtisadiyyat və müdafiə nazirlərindən gedir.
“Danışıqlardan sonra Zelenski və arvadı Yelena Kral XVI Karl Qustav və Kraliça Silvia ilə görüşmək üçün Stenhammar qəsrinə gedəcəklər”, – mesajda deyilir.
Nuranə Məmmədova