Ukrayna prezidenti Vladimir Zelenski ölkəsi ilə Rusiya arasındakı sərhəddə bufer zonanın yaradılması təkliflərini rədd edərək, bunun müasir müharibənin reallıqlarını əks etdirmədiyini bildirib.
Elchi.az xəbər verir ki, Zelenski bu barədə mətbuata danışıb.
Zelenski Avropa liderlərinin sülh və ya atəşkəs razılaşmasının bir hissəsi kimi Ukrayna və Rusiya qüvvələri arasında bufer zonasının yaradılması təkliflərini qəti şəkildə rədd edərək, bu ideyanın reallığı əks etdirmədiyini və dronların istifadəsi ilə bağlı müasir müharibədə mümkünsüz olduğunu bildirib.
“İndiki müharibələrin texnoloji vəziyyətini başa düşməyənlər bufer zona təklif edirlər”, – deyə Zelenski bildirib. Bufer zonanın tətbiqinin Ukrayna üçün ərazi itirilməsi demək ola biləcəyini vurğulayan Zelenski, Rusiyanın dialoq və diplomatiyaya hazır olmadığını və müharibənin bitməsini gecikdirmək üçün yollar axtardığını müdafiə etdi.
Avropa mediası liderlərin atəşkəs və ya uzunmüddətli sülh sazişinin bir hissəsi kimi iki ölkə arasında 40 kilometrlik bufer zonasını nəzərdən keçirdiyini yazıb.
Şayəstə Hüseynova

















