Zelenski Balidə görüşdən qorxdu – Şeremet

59

Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməkdən qorxur.
Elchi.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
“Zelenski sadəcə qorxdu. Videolarında çox şey deyə, cəsarətli ola bilər, amma şəxsi danışıqlar zamanı gözə baxmaq vaxtı gələndə dərhal geri çəkilir. Onun bu davranışının səbəbi bəllidir – prezidentimizlə görüşməkdən qorxur”, – Şeremet bildirib.
Qeyd edək ki, Ukrayna lideri Zelenski Vladimir Putinin iştirak edəcəyi təqdirdə Bali adasında keçiriləcək G20 toplantısına qatılmayacağını bildirib.