Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqı (Aİ) rəhbərliyi sentyabrın 15-dən sonra Ukrayna taxılının idxalına qoyulan qadağanı uzadacağı təqdirdə ölkə beynəlxalq arbitraja müraciət edəcək.
Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, Ukrayna prezidentinin ofisinin yaydığı bəyanatda deyilir ki, Kiyev bu mövzuda məhkəmələrdə mübarizə aparmaq istəmir, lakin belə bir addım atmağa məcbur olacaq.
O da bildirilir ki, müxtəlif Avropa ölkələri Ukraynanın kənd təsərrüfatı məhsullarının emalı və logistikadan əldə etdikləri gəlirlər hesabına qadağadan maliyyə qazanır.
Yeganə