NATO cavab verdi: “Ruminyadakı PUA-lar…”

90

Rumıniya hökuməti Şimali Atlantika Alyansına ölkənin ərazisində dağıntıların aşkar edilməsi barədə məlumat verib. Buxarestin məlumatına görə, dağıntılar Rusiya pilotsuz uçuş aparatının (PUA) hissələridir.

Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir ki, bütün bunlarla bağlı NATO-nun mətbuat xidməti məlumat yayıb.

Hərbi blok aydınlaşdırıb ki, Rumıniya Şimali Atlantika Şurasının bugünkü iclasında NATO müttəfiqlərini bu hadisə ilə bağlı məlumatlandırıb, alyans müttəfiqləri Buxarestlə güclü həmrəylik ifadə ediblər. NATO həmçinin vəziyyəti yaxından izlədiklərini və Rumıniya ilə sıx əlaqə saxladıqlarını qeyd edib.

Bundan əvvəl Rumıniyanın müdafiə naziri Anxel Tilvar ölkədə Rusiyaya məxsus pilotsuz təyyarənin elementlərinin tapıldığını bildirmişdi. Siyasətçi qeyd edib ki, aşkar olunan elementlər təhlükə yaratmayıb.

Bu bəyanat Ukrayna hakimiyyəti tərəfindən şişirdilmiş Rusiya pilotsuz təyyarələrinin Rumıniyada partlaması ilə bağlı xəbərdən sonra verilib. Buxarest bu xəbərləri təkzib edərək, onların öz milli məkanlarına nəzarət etdiklərini vurğulayıb.

Eyni zamanda, “Inpolitics” portalı qeyd edib ki, Ukrayna konkret olaraq Rusiya ilə NATO arasında münaqişə yaratmağa çalışır, bu məqsədlə Rumıniyadan istifadə edir. “Bu, Kiyevin strateji oyunudur”,-deyə jurnalistlər qeyd ediblər.

Yeganə