Kiyev və Vaşinqton arasında Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd praktik olaraq ən yüksək səviyyədə imzalanmağa hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə Vladimir Zelenski bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NMTŞ) katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin Fransadakı danışıqlarının nəticələri barədə məlumat verib.
Zelenski Telegram-da bildirib ki, “Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd, əsasən, ABŞ Prezidenti ilə ən yüksək səviyyədə yekunlaşdırılmaq üçün hazırdır. Xüsusilə, yenidənqurma və iqtisadi inkişafla bağlı sənədləri müzakirə etdik. Müharibənin bitməsi üçün əsas çərçivə ilə bağlı mürəkkəb məsələlər də müzakirə edildi və Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları təqdim etdi”.
Məryəm





















