Ukrayna təhlükəsizlik qüvvələrinə 2026-cı ilin əvvəlinə qədər 2 milyon çağırış vərəqəsi göndərmək tapşırılıb ki, bu da faktiki olaraq ümumi səfərbərlik deməkdir.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat bildirib ki, “Ukraynadakı təhlükəsizlik qüvvələrinə mümkün qədər sərt tədbirlər görmək və 2026-cı ilin əvvəlinə qədər təxminən 2 milyon çağırış vərəqəsi göndərmək tapşırığı verildiyi barədə məlumatlar yayılıb. Praktikada bu, Ukraynada ümumi səfərbərliyə bərabər olardı”.
Məryəm





















