İsrailin irs məsələləri üzrə naziri Amichai Eliyahunun Qəzza zolağına nüvə zərbəsi endirilməsi ilə bağlı sözləri bir çox suallar yaradır və ilk növbədə, respublikada nüvə silahının olması ilə bağlı. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Müvafiq olaraq, hər kəsi maraqlandıran növbəti suallar belədir: Beynəlxalq təşkilatlar haradadır, “MAQATE” haradadır, müfəttişlər haradadır? – diplomat şərh edib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, İsrail tərəfinin bəyanatları Təl-Əvivin Yaxın Şərqdə nüvə silahından azad zonanın yaradılmasına qarşı çıxmasını izah edir. “Bütün bunların arxasında ABŞ dayanmırmı?” – Zaxarova yekunlaşdırıb.
Eliyahu əvvəllər izah edib ki, Qəzzaya atom bombası atılması ilə bağlı bəyanat metaforikdir. Eyni zamanda, israilli siyasətçi terror aksiyalarına sərt reaksiya verilməsinin vacibliyini qeyd edib.
Havar Şəfiyeva