İspan geyim markası Zara, yayımladığı reklam fotolarına reaksiyalardan sonra kampaniyanın iyul ayında hazırlandığını bildirən “üzrxahlıq mesajı” verdi.
Elchi.az xəbər verir ki, İspan geyim markası Zara bütün dünyadan reaksiyalara səbəb olan reklam görüntülərinə qarşı gülməli “üzrxahlıq mesajı” dərc edib.
Zara geyim markasının yeni kolleksiyası ilə bağlı yayımladığı fotoşəkillərdəki dağıntılar və cəsəd modelləri sosial mediada Fələstinə istinad kimi şərh edilib.
Yeni reklam kampaniyası ilə Türkiyə də daxil olmaqla 93 ölkədə 2200-dən çox mağazası olan hazır geyim firması Zara-nın son kolleksiyası sosial mediada böyük hiddətə səbəb olub.
Həmçinin məlum olub ki, Zara-nın dizaynerlərindən biri də əvvəllər Fələstin əleyhinə islamofob şərhlər etmiş Vanessa Perilmandır.
Zara İnstaqram hesabında yayımladığı mesajında reklamın iyul ayında hazırlandığını və sentyabrda çəkildiyini iddia edib.
Kampaniya fotolarından narahat olan müştəriləri haqqında “Niyyətimiz bu deyildi” mesajını paylaşan Zara, “Zara bu anlaşılmazlığa görə təəssüflənir və hər kəsə dərin hörmətimizi bildiririk” deyib.
Şayəstə Hüseynova