Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan böyük ikitərəfli saziş üzərində işlərin sürətləndirildiyini açıqlayıblar. Elchi.az xəbər verir ki, Mesaj Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Lavrov telefon danışığı zamanı iranlı həmkarı ilə hərtərəfli xarakter daşıyan yeni dövlətlərarası sazişin hazırlanmasını müzakirə edib. XİN-dən verilən məlumata görə, saziş yüksək hazırlıq səviyyəsindədir.
Qeyd edək ki, tərəflər həmçinin dekabrın 7-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi arasında aparılmış geniş danışıqların nəticələrini və ikitərəfli əməkdaşlığın digər aktual məsələlərini müzakirə ediblər.
Havar Şəfiyeva