"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21
in MANŞET
FacebookVatsap

Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində bizi bir sual düşündürürdü. Görəsən, işğal olunmuş ərazilərimizi azad görə, doğma torpaqlarımızda gəzə, gözəl Qarabağımızın qoynunda qürurla dolaşa biləcəyikmi?

Bunu da oxuyun

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Bəzi hallarda mümkünsüz görünən arzuları ölkə başçımız xalqımız üçün reallığa çevirdi və illərin həsrətini vüsala qovuşduraraq sevgi ünvanı oldu. Bu torpaq bizim idi, liderimizin böyüklüyü ilə yenidən bizim oldu.

Çoxəsrlik tariximizin ən böyük sərkərdəsinin Zəfər Günü ərəfəsində işğaldan azad olunmuş ərazilərimizə səfəri, burada təhlükəsiz və qayğısız yaşayan insanların əhatəsində olması, Xankəndində doğma torpağın nəfəsini yenidən duyması milli xoşbəxtlikdir. Ölkə başçımız qətiyyətli hərbi və quruculuq qərarları ilə sübut etdi ki, qələbə tarixdir, işğaldan sonra həmin torpaqlarda yenidən yaşamaq isə o tarixin davamıdır. Zəfərin ən böyük mükafatı da budur. İllərlə bizdən uzaq düşmüş Vətənə artıq həsrətsiz, sevinclə, qürurla baxırıq.

Xankəndidə, Zəfər Günündə Prezident İlham Əliyevin xalqı təbrik etməsi olduqca xoş və qürurverici hadisə oldu. Dövlət başçısının bu tarixi yurdumuzdan səsləndirdiyi fikirlər Zəfərimizin siyasi, hərbi və mənəvi gücünü bir daha nümayiş etdirdi. Prezidentin Xankəndidən verdiyi mesaj Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi mübarizənin təntənəsi oldu. Bu gün azad Qarabağda aparılan quruculuq işləri, Böyük Qayıdış və Xankəndidə Zəfər Muzeyinin yaradılması Qələbəmizin gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacağını göstərir. Çünki Azərbaycan ləyaqətli ölkə kimi qələbəsini də ləyaqətlə qazandı. Milli birlik, xalqımızın vahid amal uğrunda yumruq kimi birləşməsi bu yumruğun gücünü və ağırlığını düşmənə nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın ideoloji təməlini təşkil etdi. Tarixi Zəfərimizi də məhz bu birlik, həmrəylik və ümummilli amal ətrafında sıx birləşmək sayəsində əldə etdik. Prezident İlham Əliyev çıxışında iftixarla bildirdi ki, Zəfər bayramını qeyd edərkən hər birimiz haqlı olaraq qürur hissi keçirir, bu tarixi qələbə naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Dövlət başçısının səsləndirdiyi fikirlərdə gələcəyə hesablanmış mühüm bir çağırış da öz əksini tapdı. Azərbaycan elə güclü olmalıdır ki, bundan sonra ölkəmizə zərər vurmaq heç kimin ağlından belə keçməsin. Prezident əminliklə bəyan etdi ki, bu məqsədə də nail olacağıq. Çünki bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi qüdrəti ilə heç kimdən asılı olmayan, müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə qoruyan dövlət kimi bütün maneələr qarşısında əzmini və gücünü nümayiş etdirir.

Beləliklə, Prezidentin Zəfər Günündə işğaldan azad edilmiş, bu gün həyatın öz axarına qayıtdığı torpaqlara səfəri qələbəmizin yaratdığı mənzərəni bir daha göz önünə gətirdi. Vaxtilə dağıntıların hökm sürdüyü bu ərazilərdə indi quruculuq işləri aparılır, yurd həsrəti ilə yaşayan ailələr doğma ocaqlarına qayıdır. Bu da xalqımızın sevincini daha da artırır. Öz tarixi torpaqlarında yenidən yurd salmaq, doğma ocaqlarını yaşatmaq sevincini yaşayan soydaşlarımız bir daha əmin olurlar ki, onların arxasında güclü dövlət, qətiyyətli rəhbərlik dayanır. Onların təhlükəsizliyi dövlətin etibarlı təminatı altındadır. Güclü dövlətin yaratdığı xoşbəxtliyin ən aydın ifadəsi də məhz budur.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Previous Post

Leysan olacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Next Post

Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Bənzər yazılar

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

13 Noyabr 2026 - 17:49

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Konqresə aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində iştirak etməkdən imtina etməyi ciddi...

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı...

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

12 Noyabr 2026 - 20:39

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. Elchi.az xəbər verir ki, bu...

Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

12 Noyabr 2026 - 15:42

Bəzi avropalı diplomatlar və rəsmilər noyabrın 12-də Dublində iclası açılacaq Avropa Siyasi Birliyinin Fransa prezidenti Emmanuel Makronun 2027-ci ildə vəzifəsini...

Next Post
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər – FOTO

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

13 Noyabr 2026 - 19:15
Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

13 Noyabr 2026 - 19:02
NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

13 Noyabr 2026 - 18:54
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir

13 Noyabr 2026 - 18:47
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

13 Noyabr 2026 - 18:38
Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

13 Noyabr 2026 - 18:35
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

13 Noyabr 2026 - 18:35
Ali məktəblərə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər yeni redaksiyada təsdiqlənib

Ali məktəblərə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər yeni redaksiyada təsdiqlənib

13 Noyabr 2026 - 18:23
Zelenski: Ukrayna “Starshield” sisteminin sürət məhdudiyyəti ilə bağlı cavab ala bilmir

Zelenski: Ukrayna “Starshield” sisteminin sürət məhdudiyyəti ilə bağlı cavab ala bilmir

13 Noyabr 2026 - 18:11
Asim Xudiyev UEFA Millətlər Liqasının oyununa təyinat aldı

Asim Xudiyev UEFA Millətlər Liqasının oyununa təyinat aldı

13 Noyabr 2026 - 18:00
Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

13 Noyabr 2026 - 17:49
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

13 Noyabr 2026 - 17:36
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək

Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək

13 Noyabr 2026 - 17:28
Külək güclənəcək – XƏBƏRDARLIQ

Külək güclənəcək – XƏBƏRDARLIQ

13 Noyabr 2026 - 17:15
ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

13 Noyabr 2026 - 17:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.