"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Zahid Oruc: “Amerika ordusunu sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?” – VİDEO

21 Noyabr 2023 - 20:35
in MÖVQE
FacebookVatsap

Amerika Senatının 15 noyabr tarixli qərarı 21-ci əsrdə Zəfər qazanan xalqımızın qəhrəmanlığının əzilən bütün millətlərə nümunə olacağından qorxudan irəli gəlir. Tarix təkrar olunur- düz 34 il əvvəl, 1989-cu ilin 19 noyabrında Amerika Konqresi “Qarabağda əhalinin 80 faizinin ermənilər olduğunu, keçirilən referendumun əhalinin iradəsini ifadə etdiyini vurğulayaraq, sovet Ermənistanına yardım, SSRİ rəhbərliyi ilə Qarabağın taleyinin ayrılıqda həllinə dair” qətnamə çıxardı. Üstündən iki ay sonra ata Buş 20 yanvar faciəsini alqışladı, Qorbaçova bəraət qazandıran dövlət katibi Ceyms Beykersə dedi, sitat: “mənasız qantökməni və milli ədavəti durdurmaq üçün ordudan istifadə olunmalıdır”. Göründüyü kimi, 15-16 noyabr dinləmə və qərarı könhə kursun davamıdır.
Ulu öndər Heydər Əliyev 907-ci düzəlişə qarşı uzun illər savaşarkən demişdi:”pulunuzu istəmirik, lakin haqsız qərarınız bizi mənəvi cəhətdən əzir”. Gerçəkdən, hökm kimi sözlərdir. İndi 92-ci ildəki məğlub yox, qalib xalqa qarşı cəza istəyirlər. Bayden Administrasiyası 20 sentyabrdan sonra Azərbaycanla münasibətlərin pisləşdiyini deyir və guya bizi sülhə gətirirlər. Azərbaycanın Ermənistana hücum edəcəyini dövlət katibi Blinkenin adından yayıb, sonra təkzib edənlərin niyyəti barış deyil. “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmə keçirənlər, separatizmin ideoloqları və ünvanıdılar. Vaxtilə, Vudro Vilsonun qərarı və Arbitraj məhkəməsinin aktları nəydisə, indi Senatın siyasi addımları da odur.
Gerçəkdənmi Ağ Ev Azərbaycana Xankəndini azad edəndən sonra fikrini dəyişib-əsla yox. 44 günlük müharibənin qəfil başlanmasından xəbər tutmayan Mərkəzi Kəşfiyyat İdarəsi bir dövlətin qələbəsini və Cənubi Qafqazdakı geosiyasi inqilabın Qərbi, Avroatlantik dövlətləri regiondan çıxarmasını qəbul edə bilmir. Son 3 ildə Ermənistan-Azərbaycan sülh danışıqlarını zəbt etmək, Avropa Birliyinin əliylə Ermənistana 2.6, Azərbaycana 2 milyard rüşvət planı ilə dövlətlərin mövqelərini satın almağa çalışır. ABŞ istəyir ki, müqavilə onların şərtləri ilə Vaşinqtonda imzalansın, ona görə mediası, USAİD kimi onlarla inqilab yayan maliyyə və qeyri dövlət institutları, Konqresi ilə Dağlıq Qarabağın gələcəyini Azərbaycandan kənarda axtarır.
Ukraynanın ərazi bütövlüyünü qorumağa 62 milyard dollar yardım göstərən bir dövlət Rusiya ilə müharibədən əvvəl həmin vəsaiti versəydi, o ölkəni cənnətə çevirmək olardı. Əvəzində son 30 ildə Birləşmiş Ştatlar Ermənistana Azadlığa dəstək aktı çərçivəsində 3.3 milyard dollar kömək göstərib və beləliklə, işğalı stimullaşdırıb.
ABŞ-ın hərbi yardımları dayandırması prezident İlham Əliyevi müstəqil siyasətdən daşındırmaq, ölkəmizi antirus koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır. Beləliklə, Ermənistanın təhlükəsilziyinə ən böyük zərbəni Türkiyə və Azərbaycan deyil, Amerika vurur-çünki önu öz imperiya oyunlarına alət edir, İrəvanı ayaq altına çevirir. Amerika silahlarının Ermənistanı veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndinə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı budur.
Onlar guya Azərbaycanı Zəngəzura hücuma təhrik etdiklərini düşünürlər, lakin dərk etmirlər ki, İlham Əliyev Brüsseldən və Vaşinqtondan idarə olunan, indi ərazi bütövlüyünü itirən rəhbərlərdən deyil. Konqresdə müzakirələr zamanı Obrayen dedi ki, sülhyaradıcı qüvvələr Xankəndində qalmasın. Bəli, Qərb dünyası Rusiya ordusunun kiçik bir hissəsinin sülhpərvər olmasını istəmir-onlara işğalçı rus ordusu obrazı gərəkdir ki, guya onları qorumaq adı ilə qoşununu yeritsin. 800 milyard dollarlıq İrak əməlyyatında 654 min, 2 trilyon dollara başa gələn Əfqanıstan müharibəsində 200 minə qədər insan tələfatından sonra Amerika ordusunu gətirib sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?
Pörl Harberə hücuma görə Ruzvelt Yaponiyanın iki şəhərini-Xirosima və Naqasakini yerlə yeksan elədi. Biz ki, Ermənitsanı olmayan nüvə silahımızla hədələmirik, əvəzində Vaşinqtondan baxanda Zəngilanla, Ağdamla Yaponiya şəhərləri arasında oxşarlıq görənlər var.
Amerikanın Qafqazda hərbi siyasətini ifşa edən Maykl Loueler adlı bir parlamentari Obrayenə deyir ki, etiraf edin, son 20 ildə Azərbaycanı İran və Rusiyaya qarşı silahlandırmağımız səhv olub, çünki Bakı Moskva və Tehranla yaxşı əlaqələrə malikdir. Deməli, son 20 ildə cəmi 164 milyon dollarlıq hərbi yardım ölkəmizin təhlükəsizliyini və ordusunu möhkəmləndirmək, Qələbəyə hazırlamaq üçün deyil, qonşu dövlətlərlə bizi toqquşdurmaq planına xidmət edib. Son 30 ildə Vaşinqton indi DTX təcridxanasında yatan Qarabağ rejiminə 200 milyon dollar ayırmaqla sepatarizmi maliyyələşdirib. Əvəzində Birləşmiş Ştatlar torpaqlarımızın işğaldan təmizlənməsinə bir qəpik də xərcləməyib, çünki silahı başqa dövlətlərdən almışıq.
Beynəlxalq Ədalət Məhkəmisinin, Roma statunu Ermənistanın ratifikasiyasının, BMT İnsan Haqları Şurasında ardıcıl müzakirələrin, Okampo adlı bədnam sabiq prokurorun, Avropa Birliyində keçirilən silsilə müzakiirələrin hamısı bir ünvandan-Vaşinqtondan idarə olunur.
Biz ermənilərə müraciət edirik, qoy onlar görsünlər ki, son 100 ildə Amerika və Fransanın Qafqaza sahib olmaq istəməsinin nəticəsində Ermənistanda yaşayan əhali qədər Amerikaya, onun 3-də biri qədər Fransaya erməni əhali köçüb və onlar “mühacir millət”ə çevriliblər.
Azərbaycan xarici yardımlardan asılı ölkə deyil və Bayden Senatın qərarını imzalasa, o, qorbaçovlaşacaq və Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək.
Ona görə də əsas sual budur-biz hansı addımları atmalyıq? Bütün millətimizlə və daha çox dövlətlərin müttəfiqliyi ilə Qələbəmizi qorumaq, Amerikanın çoxqütblü siyasi qüvvələrilə intensiv çalışmaq və nəhayət, Türkiyə ilə Ermənistan sərhədlərini açaraq, Qərbin planlarını iflasa uğratmalıyıq. Əgər 34 ildə bütün şantajlara, təzyiqlərə sinə gərib Zəfər qazanmışıqsa, indi qlobal hücumları dəf edə biləcəyik!

Bunu da oxuyun

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Böyük Britaniya və İsrail arasında gərginlik artır

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

Previous Post

Zahid Oruc: “Amerika ordusunu sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?” – VİDEO

Next Post

Bakı Bəyannaməsi qəbul edildi

Bənzər yazılar

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya, Fransa və Kanadanın on iki ölkə tərəfindən İordan çayının Qərb sahilində qeyri-qanuni yaşayış...

Böyük Britaniya və İsrail arasında gərginlik artır

Böyük Britaniya və İsrail arasında gərginlik artır

08 Sentyabr 2026 - 10:42

Böyük Britaniya hökuməti işğal olunmuş Qərb Sahilindəki qanunsuz İsrail yaşayış məntəqələrində istehsal olunan mallara və bu əraziləri əhatə edən ticarətə...

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

08 Sentyabr 2026 - 10:34

Hörmüz boğazında "qadağan zona" elan edilməsindən sonra İran və ABŞ arasındakı gərginlik yenidən artıb. Altı ay davam edən münaqişənin fonunda...

Lavrov: Almaniyanın qərarları əsl müharibənin başlanğıcıdır

Lavrov: Almaniyanın qərarları əsl müharibənin başlanğıcıdır

07 Sentyabr 2026 - 11:43

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya münasibətini şərh etdi. Almaniyanın qəbul etdiyi qərarları "əsl müharibənin başlanğıcı" kimi xarakterizə...

Next Post
Bakı Bəyannaməsi qəbul edildi

Bakı Bəyannaməsi qəbul edildi

Bakı Bəyannaməsi qəbul edildi

Bakı Bəyannaməsi qəbul edildi

Son xəbərlər

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12
Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10
Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01
“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58
Peru “Amerika Qalxanı” alyansına qoşulub

Peru “Amerika Qalxanı” alyansına qoşulub

08 Sentyabr 2026 - 22:56
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.