Hörmüz boğazında “qadağan zona” elan edilməsindən sonra İran və ABŞ arasındakı gərginlik yenidən artıb. Altı ay davam edən münaqişənin fonunda Tehran administrasiyası Fars körfəzindən Hörmüz boğazına qədər uzanan yeni məhdud dəniz zonası yaratmaq planlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi dövlət televiziyasında bildirib ki, ABŞ təxribat, təhdid və hücum hərəkətlərini dayandırmasa, Hörmüz boğazı tam olaraq nəqliyyata açılmayacaq.
Rzayi qeyd edib ki, təyin olunmuş məhdud zonaya daxil olan hər hansı gəmi sanksiya siyahısına daxil olacaq.
Qarşılıqlı cavab tədbirləri neft qiymətlərini kəskin şəkildə artırıb
Həftəsonu iki ölkə raket və hava hücumları mübadiləsi aparıb. İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ hərbi gəmilərinə ballistik raketlər atdıqdan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Xarq adası sahillərində biri də daxil olmaqla, üç İran neft tankerini vurduğunu açıqlayıb.
ABŞ tərəfi raketlərin gəmilərə dəymədiyini və dəf edildiyini iddia etsə də, bu birbaşa qarşıdurmalardan sonra bir barel neftin qiyməti 93 dollara yüksəldi.
Bu arada, Hörmüz boğazında gəmiçilik trafiki may ayından bəri ən aşağı səviyyəyə düşüb.
Şayəstə





















