Azərbaycan xalqı və hökuməti zəlzələnin ilk günlərindən qardaş Türkiyənin yanında oldu. Türkiyəyə səfərimdə həmkarım Mövlud Çavuşoğlu və bu ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşərkən məni bir neçə məsələ çox təsirləndirdi. Zəlzələnin acı fəsadlarını öz gözlərimlə gördüm, çox ağır idi.
Elchi.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, dünyada Türkiyə kimi çox az sayda ölkə var ki, belə ağır nəticələri olan zəlzələ ilə qarşılaşıb.
“Bu ağır faciəni yaşayan insanların yüksək mənəviyyata malik olduqlarına şahidlik etdik. Onlar əzmlərini itirməmişdilər. Faciənin üzünə mərdcəsinə baxırdılar. Bu faciə Türkiyə xalqının dəyanətini bir daha sübuta yetirdi”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin plastdarmına çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar. Elchi.az xəbər verir ki,...