"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Zəfərdən ədalətə: Baş Prokurorluğun Zəngilan mesajı

08 Noyabr 2025 - 15:47
in GÜNDƏM, CƏMİYYƏT
FacebookVatsap

05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Zəngilan Konqres Mərkəzində təşkil olunan “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” adlı konfrans, Zəfərin mahiyyətinə yeni baxış gətirən hadisə kimi dəyərləndirildi. Tədbir həm dövlətçilik fəlsəfəsinin, həm hüququn, həm də ədalətin bir-biri ilə necə vəhdətdə inkişaf etdiyini nümayiş etdirdi.

Bunu da oxuyun

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və şəhərin Şəhidlər xiyabanını ziyarət etdilər, Ulu Öndərin və şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər. Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükut tədbirə səssiz, lakin dərin bir duyğu gətirdi — bu sükut həm itkilərin xatirəsi, həm də qələbənin dəyəri idi.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev açdı. O, çıxışında qeyd etdi ki, beş il öncə qazanılmış bu Qələbə Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinin və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsidir. Baş prokuror vurğuladı: “Prezident İlham Əliyevin ‘Biz Qarabağı cənnətə çevirəcəyik’ fikri artıq reallıq halını alır. Bu torpaqlarda həyat, qanun və ədalət eyni zamanda bərpa olunur.” Onun sözlərinə görə, azad edilmiş ərazilərdə hüququn aliliyinin təmin edilməsi, dövlətin vətəndaş qarşısında məsuliyyətinin gücləndirilməsi prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindəndir.

Kamran Əliyev çıxışında həmçinin qeyd etdi ki, prokurorluq əməkdaşlarının qarşısında dayanan başlıca vəzifə bu azad torpaqlarda hüquqi sistemin bərpasına və ədalətin təmininə yönəlmiş fəaliyyəti vicdanla yerinə yetirməkdir. Hüququn bu məkanlara qayıdışı, əslində, Zəfərin davamı, onun hüquqi formasıdır.
Konfransda Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək bildirdi ki, “azad Qarabağ və Şərqi Zəngəzur bu gün innovativ və dayanıqlı inkişaf məkanına çevrilir.” Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi layihələr təkcə infrastruktur deyil, həm də yeni idarəetmə və hüquqi münasibətlər sistemini formalaşdırır.

Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov çıxışında vurğuladı ki, “bu torpaqda dalğalanan üçrəngli bayraq dövlətin suverenliyinin və xalqın birliyinin simvoludur.” O, həmçinin müharibə dövründə Baş prokurorun Gəncə, Bərdə və Tərtərdə baş vermiş raket hücumlarının dərhal yerində araşdırılması və diplomatik korpus qarşısında faktların təqdim edilməsinin Azərbaycanın beynəlxalq hüquq müstəvisində mövqeyini möhkəmləndirdiyini qeyd etdi.

Konfransın mühüm hadisələrindən biri Baş Prokurorluq tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır” kitabının təqdimatı oldu. Nəfis tərtibatla çap edilən bu nəşr Qarabağ azadlığı uğrunda aparılmış mübarizənin sənədli əsaslarını və hüquqi dəyərləndirməsini özündə birləşdirir. Kitabda beynəlxalq hüquq baxımından işğal dövründə törədilmiş cinayətlərin təhlili, ədalətli müharibənin sübut bazası, faktların və sənədlərin elmi sistemləşdirilməsi təqdim olunub. Bu nəşr həm prokurorluq orqanlarının çoxşaxəli fəaliyyətinin elmi davamı, həm də milli yaddaşın hüquqi kodlaşdırılması kimi dəyərləndirilə bilər.

Konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elmi Məsləhət Şurasının üzvləri də çıxış edərək, Zəfərdən sonrakı hüquqi transformasiya proseslərinin elmi və praktiki aspektlərinə toxundular. Şura üzvləri prokurorluq orqanlarının azad edilmiş ərazilərdə fəaliyyətinin metodoloji əsaslarının gücləndirilməsi, sübut toplama mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi tədqiqatların daha geniş tətbiqi istiqamətində təkliflər irəli sürdülər. Müzakirələrdə xüsusilə qeyd olundu ki, Zəngilan konfransı həm dövlətin hüquqi düşüncə tərzində, həm də prokurorluq sisteminin elmi konsepsiyasında yeni mərhələnin başlanğıcıdır.

Zəngilanda keçirilən bu tədbir göstərdi ki, Zəfər bir hadisə deyil, davam edən bir prosesdir. Hüququn və ədalətin bərpası Zəfərin təntənəsinin ikinci mərhələsidir. Bu konfrans həm dövlətin mövqeyinin, həm də hüquq elminin yanaşmalarının sintezini ifadə etdi. Hüquq burada yalnız qayda deyil, həm də cəmiyyətin özünüdərki üçün zəruri olan əsas dəyərə çevrildi.

Zəngilan Konqres Mərkəzində səslənən çıxışlar bir fikirdə birləşirdi: Azərbaycan Zəfərini tarixdə deyil, gündəlik fəaliyyətində, idarəetmə mədəniyyətində və hüquqi düşüncəsində yaşadır. “Zəfərdən ədalətə” aparan bu yol dövlətin yalnız sərhədlərini deyil, həm də hüquq sisteminin mənəvi sərhədlərini bərpa etdi.

Əliməmməd Nuriyev



















Previous Post

Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Next Post

Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq

Bənzər yazılar

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Elchi.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat...

Next Post
Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq

Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq

Hakan Fidan: Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq

Hakan Fidan: Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39
Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

07 Oktyabr 2026 - 17:25
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

07 Oktyabr 2026 - 17:14
Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

07 Oktyabr 2026 - 17:03
Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

07 Oktyabr 2026 - 16:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.