İsrail və Yunanıstan müdafiə sahəsində əməkdaşlığın növbəti mərhələsinə keçirlər. Bazar ertəsi Təl-Əvivdə dəyəri təxminən 3,1 milyard avro olan Yunanıstanın “Axiellisin qalxanı” HHM/RHM sisteminin yaradılması haqqında sazişin imzalanması gözlənilir.
Elchi.az “Ynet” nəşrinə istinadən xəbər verir ki, bu, iki ölkə arasında ən böyük birgə müdafiə layihələrindən biri olacaq. Saziş imzalandıqdan sonra icra mərhələsi başlayacaq və bu mərhələnin təxminən 35 ay davam edəcəyi gözlənilir.
“Ynet” bildirir ki, süni intellekt texnologiyaları ilə təchiz edilmiş sistem pilotsuz uçuş aparatlarına, təyyarələrə və balistik raketlərə qarşı mübarizə üçün nəzərdə tutulacaq.
Məryəm




















