"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Yol polisindən biabırçılıq

15 Oktyabr 2014 - 14:05
in Kateqoriyasız
FacebookVatsap
Yol polisindən sürücüyə biabırçı sual; maşındakı xanım kimdir?f51133
Bakıda DYP əməkdaşları eyni avtomobili 10 dəqiqə ərzində 3 dəfə saxlatdırıb

Sumqayıt şəhər sakini Elnarə Məhərrəmova Avtosfer.az saytına müraciət edərək Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz və qeyri-etik hərəkətlərindən şikayət edib. Onun sözlərinə görə, oktyabrın 13-də Gürcüstandan Azərbaycana qayıdıb. Gecə saat 3-də Bakıdakı Beynəlxalq Avtovağzaldan taksiyə minərək Sumqayıt şəhərinə gedərkən yolda DYP əməkdaşları onun olduğu avtomobili saxlayıblar: «Taksi sürücüsü qardaşımın dostudur. Məni evə aparmaq üçün gəlmişdi. Biz maşına minib Avtovağzaldan çıxan kimi körpünün altında 10 YP 489 dövlət nömrə nişanı DYP avtomobili maşını saxlatdırdı. Yol polislərindən biri yaxınlaşıb sürücüdən sənədləri istədi. O da sənədləri yol polisinə verdi. Polis əməkdaşı sənədlərə baxıb geri qaytardı və biz yolumuza davam etdik. Avtovağzalın içindən qalxanda – Binəqədi yazılan yerdə həmin DYP maşını bizim maşını yenidən saxlatdırdı. Bu dəfə əlində nəsə var idi, sürücüyə yaxınlaşdırıb dedi ki, «bura fuu elə». Sürücü də üfürdü. Yol polisi baxıb gördü ki, sürücü sərxoş deyil, çıxıb getdi. Biz də yolumuza davam elədik. Heç 100 metr getməmişdik, yenə həmin DYP maşını bizi saxlatdırdı. Bu dəfə də həmin polis əməkdaşı gəlib sürücüdən yenə sənədləri istədi. Amma bu dəfə heç sənədlərə baxmadı. Maşının salonuna boylana-boylana sürücüdən soruşdu ki, maşındakı xanım kimdir? Mən artıq dözə bilmədim. 10 dəqiqə ərzində eyni DYP maşını bizi 3 dəfə saxlatdırıb, heç bir qayda pozuntusu yoxdur. İndi də sürücüdən məni soruşur. Belə özbaşınalıq olar? Mən onlara nə lazımdırsa hamısını dedim, sonra da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. İnanıram ki, həmin polisləri aşkar edib cəzalandıracaqlar. Maşın 90-lıq yolda 80-lə gedirdi, arxa şüşəyə 100 faizlik plyonkaya icazə verilir, bu maşında isə 75 faizlikdir. Sürücü təhlükəsizlik kəmərini də taxmışdı. Heç bir qayda pozuntusu olmaya-olmaya eyni DYP əməkdaşının bir maşını 3 dəfə saxlatdırması nə dərəcədə doğrudur? Adətən yollarda sürücülərin özbaşınalığını görürdük, indi yol polisləri özbaşınalıq edirlər».

Bunu da oxuyun

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Magistratura imtahanının nəticələri elan olunub

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Elnarə Məhərrəmova bildirib ki, həmin polisləri görsə tanıyacaq. O, həmin polisləri maraqlı şəkildə belə təsvir edib: «Bizi saxlayan yol polislərindən biri bığlı, yekəqarın kişi idi. Yanındakı isə cavan oğlan idi. Maşından düşüb dedim, gecə vaxtı camaatla məzələnirsiniz? Başqa işiniz yoxdur? Bu nə özbaşınalıqdır? Dedim, şikayət edəcəm və etdim. Yol polisləri maşına minib qaçdılar».

Əgər Elnarə Məhərrəmovanın göstərdiyi xüsusiyyətlər həqiqətdirsə, DYP əməkdaşlarının özbaşınalığından və yol verdikləri qanun pozuntusundan danışa bilərik. Çünki 10 dəqiqə ərzində eyni maşını 3 dəfə saxlamaq və axırda da maşındakı xanımla maraqlanmaq həmin DYP əməkdaşlarının öz işlərinin məsuliyyətindən xəbərsiz olduğunu göstərir.

 

Elməddin Muradlı

Avtosfer.az

Previous Post

Yol polisindən biabırçılıq

Next Post

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

Bənzər yazılar

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57

Polşa və Ukrayna arasında raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib. Elchi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri...

Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Elchi.az...

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika...

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47

ABŞ-yə məxsus qaz saxlama tankeri Misirin Aralıq dənizindəki Damyetta limanında dron hücumuna məruz qalıb. Elchi.az xarici mediaya istinadən xəbər verir...

Next Post

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.