"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Yol polisindən biabırçılıq

15 Oktyabr 2014 - 14:05
in Kateqoriyasız
FacebookVatsap
Yol polisindən sürücüyə biabırçı sual; maşındakı xanım kimdir?f51133
Bakıda DYP əməkdaşları eyni avtomobili 10 dəqiqə ərzində 3 dəfə saxlatdırıb

Sumqayıt şəhər sakini Elnarə Məhərrəmova Avtosfer.az saytına müraciət edərək Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz və qeyri-etik hərəkətlərindən şikayət edib. Onun sözlərinə görə, oktyabrın 13-də Gürcüstandan Azərbaycana qayıdıb. Gecə saat 3-də Bakıdakı Beynəlxalq Avtovağzaldan taksiyə minərək Sumqayıt şəhərinə gedərkən yolda DYP əməkdaşları onun olduğu avtomobili saxlayıblar: «Taksi sürücüsü qardaşımın dostudur. Məni evə aparmaq üçün gəlmişdi. Biz maşına minib Avtovağzaldan çıxan kimi körpünün altında 10 YP 489 dövlət nömrə nişanı DYP avtomobili maşını saxlatdırdı. Yol polislərindən biri yaxınlaşıb sürücüdən sənədləri istədi. O da sənədləri yol polisinə verdi. Polis əməkdaşı sənədlərə baxıb geri qaytardı və biz yolumuza davam etdik. Avtovağzalın içindən qalxanda – Binəqədi yazılan yerdə həmin DYP maşını bizim maşını yenidən saxlatdırdı. Bu dəfə əlində nəsə var idi, sürücüyə yaxınlaşdırıb dedi ki, «bura fuu elə». Sürücü də üfürdü. Yol polisi baxıb gördü ki, sürücü sərxoş deyil, çıxıb getdi. Biz də yolumuza davam elədik. Heç 100 metr getməmişdik, yenə həmin DYP maşını bizi saxlatdırdı. Bu dəfə də həmin polis əməkdaşı gəlib sürücüdən yenə sənədləri istədi. Amma bu dəfə heç sənədlərə baxmadı. Maşının salonuna boylana-boylana sürücüdən soruşdu ki, maşındakı xanım kimdir? Mən artıq dözə bilmədim. 10 dəqiqə ərzində eyni DYP maşını bizi 3 dəfə saxlatdırıb, heç bir qayda pozuntusu yoxdur. İndi də sürücüdən məni soruşur. Belə özbaşınalıq olar? Mən onlara nə lazımdırsa hamısını dedim, sonra da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. İnanıram ki, həmin polisləri aşkar edib cəzalandıracaqlar. Maşın 90-lıq yolda 80-lə gedirdi, arxa şüşəyə 100 faizlik plyonkaya icazə verilir, bu maşında isə 75 faizlikdir. Sürücü təhlükəsizlik kəmərini də taxmışdı. Heç bir qayda pozuntusu olmaya-olmaya eyni DYP əməkdaşının bir maşını 3 dəfə saxlatdırması nə dərəcədə doğrudur? Adətən yollarda sürücülərin özbaşınalığını görürdük, indi yol polisləri özbaşınalıq edirlər».

Bunu da oxuyun

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Makron: “Ukraynaya hərbi yardım artırılacaq, Rusiyaya təzyiqlər gücləndiriləcək”

Elnarə Məhərrəmova bildirib ki, həmin polisləri görsə tanıyacaq. O, həmin polisləri maraqlı şəkildə belə təsvir edib: «Bizi saxlayan yol polislərindən biri bığlı, yekəqarın kişi idi. Yanındakı isə cavan oğlan idi. Maşından düşüb dedim, gecə vaxtı camaatla məzələnirsiniz? Başqa işiniz yoxdur? Bu nə özbaşınalıqdır? Dedim, şikayət edəcəm və etdim. Yol polisləri maşına minib qaçdılar».

Əgər Elnarə Məhərrəmovanın göstərdiyi xüsusiyyətlər həqiqətdirsə, DYP əməkdaşlarının özbaşınalığından və yol verdikləri qanun pozuntusundan danışa bilərik. Çünki 10 dəqiqə ərzində eyni maşını 3 dəfə saxlamaq və axırda da maşındakı xanımla maraqlanmaq həmin DYP əməkdaşlarının öz işlərinin məsuliyyətindən xəbərsiz olduğunu göstərir.

 

Elməddin Muradlı

Avtosfer.az

Previous Post

Yol polisindən biabırçılıq

Next Post

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

Bənzər yazılar

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

05 Avqust 2026 - 17:25

Paytaxtın Təbriz küçəsində, metronin "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib....

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust 2026 - 17:16

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək. Elchi.az xəbər verir ki, buğda yüklü vaqonlar sabah Biləcəri stansiyasından yola salınacaq.

Makron: “Ukraynaya hərbi yardım artırılacaq, Rusiyaya təzyiqlər gücləndiriləcək”

Makron: “Ukraynaya hərbi yardım artırılacaq, Rusiyaya təzyiqlər gücləndiriləcək”

05 Avqust 2026 - 17:09

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa İttifaqı və onun tərəfdaşları Ukrainaya hərbi dəstəyi artırmaqla yanaşı, Rusiyaya qarşı sanksiya...

ABŞ atom sualtı qayıqları üçün 76,6 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ atom sualtı qayıqları üçün 76,6 milyard dollarlıq müqavilə imzalayıb

05 Avqust 2026 - 17:00

Pentaqon "General Dynamics Electric Boat" və "Newport News Shipbuilding" şirkətləri ilə "Virginia" və "Columbia" sinfinə məxsus atom sualtı qayıqlarının tikintisi,...

Next Post

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

Son xəbərlər

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

05 Avqust 2026 - 17:25
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust 2026 - 17:16
Makron: “Ukraynaya hərbi yardım artırılacaq, Rusiyaya təzyiqlər gücləndiriləcək”

Makron: “Ukraynaya hərbi yardım artırılacaq, Rusiyaya təzyiqlər gücləndiriləcək”

05 Avqust 2026 - 17:09
ABŞ atom sualtı qayıqları üçün 76,6 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ atom sualtı qayıqları üçün 76,6 milyard dollarlıq müqavilə imzalayıb

05 Avqust 2026 - 17:00
Qazaxıstan və Azərbaycanı birləşdirəcək Transxəzər fiber-optik xəttinin dəniz hissəsinin tikintisi başa çatıb

Qazaxıstan və Azərbaycanı birləşdirəcək Transxəzər fiber-optik xəttinin dəniz hissəsinin tikintisi başa çatıb

05 Avqust 2026 - 16:54
Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

Bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı

05 Avqust 2026 - 16:46
DÇ-2030: İspaniya və Portuqaliya deputatlarından Mərakeşə etiraz

DÇ-2030: İspaniya və Portuqaliya deputatlarından Mərakeşə etiraz

05 Avqust 2026 - 16:46
Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

05 Avqust 2026 - 16:39
Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir – BMT hesabatı

05 Avqust 2026 - 16:31
Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

05 Avqust 2026 - 16:24
Ukraynalı məşqçi rus dilində danışdığı üçün cərimələndi

Ukraynalı məşqçi rus dilində danışdığı üçün cərimələndi

05 Avqust 2026 - 16:20
Dünya Bankı: İyulda qızıl 4%, gümüş isə 12%-ə yaxın ucuzlaşıb

Dünya Bankı: İyulda qızıl 4%, gümüş isə 12%-ə yaxın ucuzlaşıb

05 Avqust 2026 - 16:12
Çin ABŞ təşkilatlarına qarşı əks-tədbirlər tətbiq edib

Çin ABŞ təşkilatlarına qarşı əks-tədbirlər tətbiq edib

05 Avqust 2026 - 16:00
Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

Azərbaycan İranı qardaş ölkə hesab edir – Hikmət Hacıyev

05 Avqust 2026 - 15:53
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

05 Avqust 2026 - 15:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.