Yeni qaz kəməri “Türk axını” adlanacaq

🗓 11.12.2014 09:54 ✍️ "Elçi" qəzeti
Yeni qaz kəməri “Türk axını” adlanacaq
Türkiyə ərazisindən “Cənub axını"nın əvəzinə inşa ediləcək qaz kəməri “Türk axını” adlana bilər.05bcb8e4512ebced85f9c9e7af3a1eeb
  APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.   “Rusiya prezidenti Vladimir Putinin təklifinə əsasən, yeni qaz kəməri “Türk axını” adlana bilər. Qaz kəməri Qara dənizin altı ilə Yunanıstan sərhədinə qədər uzadılacaq. Türkiyə ilə Avropa lazım olduğu həcmdə qaz alacaq. Beləliklə, Türkiyə regionun enerji qovşağına çevriləcək”, deyə Ərdoğan bildirib.

Bənzər yazılar