"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Yeni nəsil şəxsiyyət vəsiqələrinin — Əlavə üstünlükləri

07 Dekabr 2017 - 17:08
in İQTİSADİYYAT
FacebookVatsap
Yeni nəsil şəxsiyyət vəsiqələrinin
Yeni nəsil şəxsiyyət vəsiqələrinə “elektron imza” sertifikatlarının daxil edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) infrastruktur hazırlanıb.

Elchi.Az xəbər verir ki, bunu “APA-Economics”ə açıqlaması zamanı MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov bildirib.

Bunu da oxuyun

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

Onun sözlərinə görə, bu infrastruktur növbəti illərdən təqdim olunması nəzərdə tutulan vəsiqələr üçün “elektron imza” sertifikatlarını təmin edəcək.

“Ümumilikdə, bu infrastruktur, bu həllər vətəndaşlarımıza sığorta xidmətləri, internet bankçılıq, elektron sifariş və müqavilələr, elektron ödənişlər, ümumiyyətlə “elektron hökumət” portalında fəaliyyət göstərən dövlət qurumlarının təqdim etdiyi xidmətləri əldə etmək üçün açar rolunu oynayacaq. Bu xidmətlərin əldə olunması hər bir vətəndaşımız üçün əlçatan olacaq. Çünki “elektron imza”ların vəsiqələrə tətbiq olunması nəzərdə tutulduğu üçün hər bir vətəndaşımız bu imkanlardan yararlanacaq. Bundan başqa, yeni nəsil şəxsiyyət vəsiqələrində “elektron imza” sertifikatlarının olması hər bir vətəndaş üçün qurulacaq infrastruktur sistemində şəxsi kabinet olmasına da səbəb olacaq ki, bu şəxsi kabinetdə hər birimiz haqqında məlumatlar var. Artıq “e-id.az” portalı tərəfimizdən hazırlanıb, istifadəyə tam hazırdır. Portalda özünəxidmət funksiyaları yerləşdirilib, hansı ki, şəxsi kabinet modellərində həmin informasiyalar cəmlənib. Portala hər bir şəxs daxil olduqda özünə aid olan məlumatları görəcək”, – deyə H.Abbasov qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib olan vətəndaş heç bir quruma getmədən öz əməliyyatlarını həyata keçirə biləcək: “Məsələn, abituriyentlər məktəbi bitirib universitetə daxil olarkən real praktikada müəyyən kağız sənədlər formalaşır ki, bunlar da universitetlərə təqdim olunmalıdır. Bu sistemlər tam formalaşdıqdan sonra universitetlərə getmədən belə sistem üzərindən şəxsiyyət vəsiqəsində olan “elektron imza” vasitəsilə müvafiq qurumlara təqdim oluna biləcək. Bundan başqa, qanunvericiliklə 10-15 yaşına qədər olan vətəndaşların imza qoymaq səlahiyyəti olmadığından bu yaş qrupundan olan vətəndaşlar üçün autentifikasiya sertifikatları yazılacaq. O yaşdan yuxarı vətəndaşlarımız üçün isə həm imza və autentifikasiya sertifikatı tətbiq olunacaq. Çünki sənədlərin imzalanması üçün imza sertifikatları tələb olunur, şəxsi kimliyin informasiya sistemlərində tanınması üçün isə autentifikasiya sertifikatları vacibdir. Bunun üçün də hər iki sertifikat çipdə öz əksini tapacaq”.

Yeni vəsiqələrdə tətbiq olunacaq elektron imzaların digər dövlətlərdə tanınmasına gəlincə, MHM mütəxəssisi qeyd edib ki, artıq bununla bağlı işlər görülür: “Biz vəsiqələrdə olacaq “elektron imza”lardan xarici dövlətlərdə istifadəsi olunmasını nəzərdə tuturuq. Eyni zamanda qonşu dövlətlərin imzalarının bizdə tanınması üçün artıq infrastruktur qurulması planlaşdırılır. Növbəti illərdə qonşu dövlətlər, Türkiyə, Qazaxıstan, Rusiya, İran, Gürcüstanla körpü mərkəz formalaşdırılacaq ki, bununla da istənilən vətəndaşımız öz evində oturaraq Türkiyədə hansısa bank hesabı aça, etibarnamə göndərə biləcək. Bizim formalaşdırdığımız elektron sənədin və  ona əlavə olunan elektron imzanın qarşı tərəfə tanınması üçün bu istiqamətdə işlər həyata keçirilib, növbəti illərdən real praktikada tətbiqi nəzərdə tutulub. Türkiyə tərəfi ilə danışıqlar aparılır və  beynəlxalq standartlara tam şəkildə cavab verməsi üçün texnoloji tərəfləri araşdırılır”.

Qeyd edək ki, gələn ildən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. Vəsiqələrdə xüsusi çiplər olacaq ki, bu çiplərdə də “elektron imza” sertifikatları tətbiq ediləcək. Təqdim olunan elektron imzaların müddəti 5 ildir, vəsiqələrin müddəti isə 10 illikdir. 5 ildən sonra vətəndaş kartını sistemə daxil etməklə elektron imzanı avtomatik yeniləyəcək.

Previous Post

Yeni nəsil şəxsiyyət vəsiqələrinin — Əlavə üstünlükləri

Next Post

Nazirlik təkzib etdi: Bu görüntülər Bakıda çəkilməyib — VİDEO

Bənzər yazılar

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

28 Oktyabr 2026 - 16:44

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Elchi.az xəbər verir ki, bu barədə Naxçıvan Sahibkarlığın İnkişafı...

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

28 Oktyabr 2026 - 16:03

“AzerGold” QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. “AzerGold”dan Elchi.az verilən məlumata...

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Oktyabr 2026 - 12:13

2026-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib. Elchi.az Maliyyə Nazirliyinə...

Next Post

Nazirlik təkzib etdi: Bu görüntülər Bakıda çəkilməyib — VİDEO

Nazirlik təkzib etdi: Bu görüntülər Bakıda çəkilməyib — VİDEO

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.