"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

28 Oktyabr 2026 - 16:03
in İQTİSADİYYAT
FacebookVatsap

“AzerGold” QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub.

Bunu da oxuyun

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Əmtəə bazarlarında qızılın qiyməti artıb

“AzerGold”dan Elchi.az verilən məlumata görə, oktyabrın 27–28-də “Resurslardan qlobal imkanlara doğru” şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyinin və Metallurgiya Assosiasiyasının təşkilati dəstəyi, “Congresses of Central Asia – CCA” şirkətinin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə 19 ölkədən 40-dan çox spiker və moderator, 500-dən artıq nümayəndə, o cümlədən müxtəlif ölkələrin aparıcı dövlət qurumlarının və şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirin “Mərkəzi Asiya üçün yeni resurs arxitekturası” adlı əsas plenar sessiyasında Özbəkistan Respublikasının dağ-mədən sənayesi və geologiya nazirinin müavini Ural Yusupov, Kanadanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Daqqan, eləcə də yerli və xarici mədən şirkətlərinin nümayəndələri çıxış ediblər.

Plenar sessiyada çıxış edən “AzerGold” QSC-nin Özbəkistandakı törəmə müəssisəsi – “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru İlyas İsmayıllı dağ-mədən sənayesi sahəsində inkişaf edən strateji tərəfdaşlıq və həyata keçirilməsi planlaşdırılan birgə layihələr barədə məlumat verib.

İ. İsmayıllı “AzerGold” QSC-nin Azərbaycandan kənarda ilk törəmə müəssisəsinin məhz Özbəkistanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasındakı yüksək səviyyəli dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafına, eləcə də irimiqyaslı birgə layihələrin həyata keçirilməsinə güclü təkan verir.

Çıxış zamanı yeni şirkət tərəfindən Özbəkistanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, Qaşqadərya vilayətinin Kitab rayonunda yerləşən “Akba” qızıl yatağının birgə inkişafı layihəsinin ilkin mərhələsində əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının və ekoloji tədqiqatların keçirilməsi planlaşdırılır. Geoloji kəşfiyyatın nəticələrinin müsbət olacağı təqdirdə birgə müəssisənin yaradılması və yatağın istismarına başlanılması nəzərdə tutulur.

Bununla yanaşı, “AzerGold” QSC tərəfindən Nəvai vilayətində yerləşən “Toşmaçit”, “Boştut” və “Boboşil” perspektivli sahələrində qızıl və nadir torpaq elementləri üzrə geoloji tədqiqatların aparılması, eləcə də Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.

Qeyd olunub ki, əməkdaşlığın gələcəkdə yeni birgə layihələrlə genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Toplanmış təcrübə və formalaşan tərəfdaşlıq əlaqələri perspektivdə üçüncü ölkələrdə də birgə fəaliyyət üçün zəmin yarada bilər.

Forum çərçivəsində, Mərkəzi Asiyada dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün uğurlu investisiya modelləri, regionun sənaye mərkəzi kimi mövqeyinin gücləndirilməsi, resurs təhlükəsizliyi məsələləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılması və yeni bazarlara çıxış imkanları barədə fikir mübadiləsi aparılıb.

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Previous Post

Sabah yağış yağacaq – PROQNOZ

Next Post

Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb

Bənzər yazılar

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34

Gələn il Azərbaycanda neft məhsullarının ümumi istehsalının 6 milyon 92,9 min ton olacağı proqnozlaşdırılır. Elchi.az xəbər verir ki, bu proqnoz...

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00

Gələn il Azərbaycanda dənli və dənli paxlalı bitkilərin istehsalının 3 milyon 566,8 min tona çatacağı proqnozlaşdırılır. Elchi.az xəbər verir ki,...

Əmtəə bazarlarında qızılın qiyməti artıb

Əmtəə bazarlarında qızılın qiyməti artıb

14 Noyabr 2026 - 10:00

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

14 Noyabr 2026 - 09:45

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,8...

Next Post
Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb

Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.