"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Yaşar Əliyevdən Quterreşə: Hərbçilərimiz azad edilməlidir!

04 May 2023 - 10:26
in SİYASƏT
FacebookVatsap

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı növbəti məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bunu da oxuyun

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Elchi.az xəbər verir ki, məktubda Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin BMT baş katibinə ünvanladığı Azərbaycana qarşı əsassız ittihamlara faktlarla cavab verilib.

Səfir məktubda Ermənistanda beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasını ortaya qoyan uşaq əsgərlərlə bağlı müfəssəl şəkildə toplanmış məlumatlar təqdim edib.

O bildirib ki, uşaqların silahlı qüvvələrə və silahlı qruplaşmalara cəlb edilməsi halları Uşaq Hüquqları Konvensiyasına əsasən Ermənistanın ilkin hesabatı üzrə Uşaq Hüquqları Komitəsinin yekun müşahidələrindəki istinadlar da yer alır. Sözügedən hesabatda bununla bağlı erməni nəşrlərində yer alan məqalələr, həmçinin sosial şəbəkələrdəki paylaşımlara və foto-video materiallara istinad edilir.

Sənəddə qeyd olunub ki, Ermənistan dövlət səviyyəsində terrorizmi dəstəkləmək və ondan istifadə etmək üzrə uzunmüddətli təcrübəyə malikdir. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan və onun rəhbərliyi və nəzarəti altında olan bir sıra terror təşkilatları Azərbaycana qarşı, o cümlədən Bakı şəhərində çoxsaylı terror aktları törədib, minlərlə günahsız vətəndaşı qətlə yetirib. 30 ilə yaxındır ki, Azərbaycanın əvvəllər Ermənistan tərəfindən işğal olunmuş əraziləri ölkəyə sızmış terrorçu, muzdlu və digər silahlı birləşmələrin fəaliyyət ərazisinə çevrilib. 2020-ci ilin payızındakı hərbi əməliyyatlar zamanı Ermənistan Avropa, Yaxın Şərq və Şimali Amerikadan olan xarici terrorçu döyüşçülərə və muzdlulara arxalanıb. Xeyriyyə təşkilatları və qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporu Azərbaycana qarşı təcavüzü dəstəkləmək üçün maddi vəsaitlərin toplanması ilə fəal məşğul olub.

Səfir diqqətə çatdırıb ki, monoetnik Ermənistanda etnik zəmində nifrət və ayrı-seçkilik halları geniş yayılıb, erməni uşaqlara məktəbdə erkən yaşlarından antiazərbaycan stereotipləri öyrədilir. Bu zəmində ölkədə azərbaycanlılara qarşı qəsdən etnik ədavəti qızışdıran etnomillətçi nifrət silahlı qrupları və təşkilatları fəaliyyət göstərir.

“Ermənistan höküməti Beynəlxalq Ədalət Məhkəməsinin qərarına məhəl qoymur və irqçi yarımhərbi təşkilatlara öz ərazisində fəaliyyət göstərməyə, maliyyə vəsaiti toplamağa, açıq şəkildə anti-Azərbaycan nifrəti yaymağa və mülki şəxsləri, o cümlədən uşaqları müharibəyə cəlb etməyə və öyrətməyə şərait yaradır”, – diplomat bildirib.

Məktubda qeyd olunub ki, Azərbaycan Ermənistanın yalandan iddia etdiyi kimi qondarma quruma və ya mülki sakinlərə qarşı deyil, Ermənistanın nizami silahlı qüvvələrinə, habelə onun komandanlığı və nəzarəti altında olan, Azərbaycanın o vaxtkı işğal olunmuş ərazilərində yerləşdirilən terrorçu və muzdlu birləşmələrə qarşı döyüşüb.

Y.Əliyev məktubunda yazıb ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri müharibə qaydalarına və qanunlarına ciddi əməl edib, mülki obyektləri və şəxsləri hədəf almayıb:

“Ancaq Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozaraq kasset bombaları, ballistik raketlər, idarə olunmayan artilleriya raketləri və iriçaplı artilleriya mərmilərindən istifadə edərək 12-si uşaq və 28-i qadın olmaqla 101 mülki şəxsi qətlə yetirib. Bununla yanaşı Ermənistan silahlı qüvvələri tərəfindən mülki infrastruktur obyektləri, o cümlədən fərdi yaşayış evləri, xəstəxanalar, ilkin tibbi yardım məntəqələri, məktəblər, uşaq bağçaları, dini obyektlər və mədəniyyət abidələri zədələnib və dağıdılıb”.

Məktubda 2023-cü il aprelin 10-da əlverişsiz hava şəraitin itkin düşərək Ermənistan ərazisinə keçən və girov götürülən iki Azərbaycan hərbçisi – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində məlumatlar da yer alıb. Qeyd olunub ki, Ermənistan KİV-ləri tərəfindən yayılan görüntülərdə hər iki hərbiçinin qandallı halda vəhşicəsinə döyülməsini əks etdirilib:

“Müvafiq beynəlxalq öhdəliklərinə əsasən, Ermənistan hərbçilərimizi dərhal azad etməli, onlara qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftara görə məsuliyyət daşıyanları lazımi qaydada araşdırmalı və cəzalandırmalıdır”.

Sənəddə Ermənistanın mina terroru ilə bağlı məlumatlar da yer alıb, qaçqınların və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün beynəlxalq təşkilatdan baş verənlərə hüquqi müstəvidə cavab verilməsi tələb olunub. Bununla yanaşı, sənəddə Laçın-Xankəndi yolunun blokadasına dair Ermənistanın yalanlarına da aydınlıq gətirilib.

 

Previous Post

Yaşar Əliyevdən Quterreşə: Hərbçilərimiz azad edilməlidir!

Next Post

Bayramov və Mirzoyan yenə Blinkenlə görüşəcək

Bənzər yazılar

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53

Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49

AZE - Azərbaycan Milli QHT Forumunun üzv təşkilatının təmsilçisi Nigar Ramazanova 1 oktyabr tarixində Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının...

Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

01 Oktyabr 2026 - 16:34

“Son zamanlarda Azərbaycan-İran iqtisadi münasibətlərinin səviyyəsi yüksəlib”. Elchi.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sahibkarla görüşündə qonşu ölkələrlə...

Next Post
Bayramov və Mirzoyan yenə Blinkenlə görüşəcək

Bayramov və Mirzoyan yenə Blinkenlə görüşəcək

Bayramov və Mirzoyan yenə Blinkenlə görüşəcək

Bayramov və Mirzoyan yenə Blinkenlə görüşəcək

Son xəbərlər

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

01 Oktyabr 2026 - 17:06
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

01 Oktyabr 2026 - 17:00
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

01 Oktyabr 2026 - 16:54
Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49
Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48
Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

01 Oktyabr 2026 - 16:42
Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

01 Oktyabr 2026 - 16:34
Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

01 Oktyabr 2026 - 16:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.