2022-ci ilin dekabrında Yaponiyada qiymət artımı 1981-ci ildən bəri ən yüksək həddə çatıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bunu ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin statistik məlumatları sübut edir.
Dekabrda qiymət artımının əsas hərəkətverici qüvvəsi bir ay ərzində 15,2 faiz bahalaşan enerji qiymətlərindəki artım olub. O cümlədən, elektrik enerjisinin qiyməti 21,3 faiz, qazın qiyməti isə 23,3 faiz bahalaşıb. Yanacağın qiymətlərini nəzərə almasaq, inflyasiya da 3 faizlə rekord həddə çatıb. Yaponiyada dekabrda ərzaq qiymətləri yüzdə 7, paltarların qiymətləri yüzdə 2,9 faiz artıb. Nəqliyyat və telekommunikasiya xidmətlərinin dəyəri də 2,1 faiz artıb.
Ölkədə qiymət artımının səviyyəsi enerji daşıyıcılarının maya dəyərinə dair məlumatlar əsasında hesablanır, lakin tez xarab olan malların qiymətləri son dərəcə güclü dalğalanmalara məruz qaldığından nəzərə alınmır. İllik inflyasiya Yaponiya Mərkəzi Bankının təyin etdiyi hədəfi iki dəfə artıraraq ardıcıl doqquzuncu ayda sürətlənməyə davam edib.
“Financial Times” qəzeti yazır ki, ölkədə qiymət artımı tempi yenin zəifləməsi və idxal olunan malların qiymətlərinin artması fonunda artır. Hesabatın dərcindən sonra milli valyuta dollar qarşısında 0,4 faizə yaxın ucuzlaşıb.
Yeganə