Yaponiyanın “Kansai Electric Power” şirkəti Takahama AES-in 3-cü reaktorunu təkrar işə salıb.
Bu barədə istismarçı şirkət məlumat verib. Elektrik enerjisinin hasilatına 2 gün sonra başlanılacaq. Reaktorun kommersiya istismarı isə avqustun sonuncu ongünlüyünə planlaşdırılır.
Qeyd edək ki, reaktor plan üzrə yoxlama çərçivəsində martın 1-də dayandırılmışdı. Qurğunun təkrar işə salınması martın 30-na nəzərdə tutulsa da, buxar generatorundakı nasazlığa görə proses iyulun 23-dək təxirə salınıb. Sonradan generatordan yağ axdığı üçün işəsalma daha bir gün gecikib.
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda krallığa dəstəyini ifadə edib və husilərin...




















Son şərhlər