Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, episentri Aomori prefekturasının şərqində olmaqla 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı verilib.
4 gün əvvəl 7,5 bal gücündə zəlzələ baş verib
8 dekabrda Yaponiyanın Aomori prefekturasındakı Misava bölgəsi sahillərində 7,5 bal gücündə zəlzələ baş verib və 50 nəfər xəsarət alıb.
JMA yaxın günlərdə oxşar və ya daha yüksək bal gücündə afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Şayəstə





















