"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

YAP Mərkəzi Qərargahında müşavirə keçirilib – FOTO

19 Fevral 2022 - 18:02
in SİYASƏT
FacebookVatsap

Fevralın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında müşavirə keçirilib.

Bunu da oxuyun

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

YAP-dan Elchi.az-a verilən məlumata görə, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, sözügedən şöbənin məsul əməkdaşlarının, habelə YAP Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, mətbu orqanlarının, Mərkəzi Aparatının rəhbər şəxslərinin və yerli təşkilat sədrlərinin iştirakı ilə keçirilmiş tədbirdə partiyada aparılmış islahatlardan sonra qarşıda duran strateji vəzifələr geniş müzakirə olunub.

Ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi, ictimai-siyasi sahədə də aparılan islahatların şahididir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən bu islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Qeyd olunan müşavirə ölkədə aparılan islahatların effektivliyinin təmin olunmasında YAP-ın üzərinə düşən vəzifələrin təhlilinə həsr olunub.

Müşavirədə çıxış edən Tahir Budaqov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanıb, beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz yeni bir tarixi mərhələyə qədəm qoyub: “Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük strateq, Müzəffər Ali Baş Komandan və parlaq diplomat kimi bütün keyfiyyətlərini bariz şəkildə nümayiş etdirmişdir. Şanlı Qələbəmizin qazanılmasında ölkəmizdə milli birliyin, vətəndaş həmrəylinin təmin olunması əsas amillərdən biridir. Bu səbəbdəndir ki, müharibə dövründə Azərbaycan xalqı, cəmiyyəti, o cümlədən siyasi partiyaların mütləq əksəriyyəti Prezidentin ətrafında sıx birləşərək şanlı qələbəmizin qazanılmasına nail olub. Bütövlükdə, Azərbaycanda yeni siyasi konfiqurasiya yaradılıb ki, bu amil ictimai-siyasi mühitdə sağlam münasibətlərin formalaşması ilə özünü ifadə edir”.

YAP sədrinin müavini ötən ilin mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edərək diqqətə çatdırıb ki, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, partiyamızın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir.

Hazırda Azərbaycanın inkişafının yeni mərhələsinin başlandığını, qarşıda böyük vəzifələrin dayandığını deyən Tahir Budaqov söyləyib ki, Yeni Azərbaycan Partiyası bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında və siyasi münasibətlərinin demokratikləşməsi proseslərində aparıcı rolunu qorumalı və daha fəal mövqe tutmalıdır. Bu baxımdan, partiyamızın yeni Nizamnaməsi və Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tədbir iştirakçılarını salamlayaraq öz giriş nitqini sahənin əsas strateji prioritetlərini müəyyən edən Prezident İlham Əliyevin sözləri ilə başlayıb: “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. bu kimi strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”. Prezident İlham Əliyevin sözlərini şərh edərək Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, “Prezidentin bu fikirləri əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına bir çağırışdır. Bu cür yanaşma, eyni zamanda, konstruktiv əməkdaşlığa dəvətdir. Siyasi proseslərin subyektləri arasında daha təkmil və daha universal münasibətlər məhz sağlam və konstruktiv əməkdaşlığın nəticəsində formalaşa bilər. Bu mənada, partiyanın yerli təşkilatlarının səmərəli fəaliyyəti sayəsində siyasi dialoqla bağlı olan bütün təşəbbüslər bölgələrdə öz inkişafını tapmalıdır”.

Daha sonra hər bir ölkənin strateji resursu hesab olunan siyasi sabitliyin qorunması zərurətindən söhbət açan Ədalət Vəliyev dayanıqlı inkişafın təmin olunması prosesində ölkədə yaranmış həmrəylik mühitinin inkişafına xidmət edən Prezident İlham Əliyevin önəmli təşəbbüsləri və əldə olunmuş nəticələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ötən ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII Qurultayını xatırladan Prezident Administrasiyanın şöbə müdiri bildirmişdir ki, sözügedən Qurultay partiyanın inkişaf tarixinin mahiyyət etibarı ilə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Belə ki, Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayan Ədalət Vəliyev bildirmişdir ki, peşəkarlıq, çeviklik, sadəlik, vətənpərvərlik və milli dəyərlərə sadiqlik hər bir partiya üzvünü səciyyələndirən əsas keyfiyyətlər olmalıdır.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini kimi fəaliyyəti də ölkəmizin və partiyamızın daha da güclənməsinə xidmət edəcək: “Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həll edilməsi, zəngin mədəniyyətimizin, multikulturalizm ənənələrimizin təbliğ olunması, müxtəlif istiqamətlərdə yeni layihələrin reallaşdırılması ilə bağlı önəmli addımlar atır. Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva bütün varlığı və əzmkar fəaliyyəti ilə dövlətçiliyimizin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir”.

YAP-ın ideoloji fəaliyyəti və bu fəaliyyətin strateji istiqamətlərindən söz açan Ədalət Vəliyev qeyd etmişdir ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər durmalıdır. “İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu. Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır” – kimi fikri səsləndirmiş Administrasiyanın rəsmisi xüsusi olaraq vurğulamışdır ki, “Azərbaycan xalqının tarixinə yazılmış bu Böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır”.

Eyni zamanda vurğulanıb ki, partiyanın yerli təşkilatları tərəfindən qazi və şəhid ailələrinə xüsusi diqqət ayrılmalı və dövlətin mövcud istiqamətdə görülən işlərdə partiya üzvləri yaxından iştirak etməlidir. Qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti xüsusi olaraq qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: “Xalqın birinci xidmətçisi mənəm“ sözlərini xatırladan Administrasiyanın şöbə müdiri bildirmişdir ki, YAP-ın yerli təşkilatları cəmiyyətə açıq olmalı, onların rəhbərləri isə bölgələrdə öz ictimai-siyasi fəallığı ilə vətəndaşların rəğbətini qazanmalıdırlar. Bu mənada təyin olunmuş yerli təşkilatların sədrləri müasir siyasi proseslərin bütün xüsusiyyətlərini nəzərə alaraq, öz açıq və demokratik yanaşmaları ilə yanaşı, mütləq olaraq fəaliyyətlərində ictimaiyyətlə əlaqələr məsələlərinə də xüsusi diqqət ayırmalıdırlar.

Müşavirədə qarşıda dayanan vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

YAP Mərkəzi Qərargahında müşavirə keçirilib - FOTO
Ədalət Vəliyev
Tahir Budaqov
Previous Post

YAP Mərkəzi Qərargahında müşavirə keçirilib – FOTO

Next Post

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bənzər yazılar

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33

Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyada əleyhinə...

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm. Elchi.az xəbər verir ki, bunu Belçika Krallığının...

Next Post
Magistraturaya müsabiqə şərtləri məlum olub

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya müsabiqə şərtləri məlum olub

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.