"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Yalnız çörəyin yox, digər ərzaq məhsullarının da qiyməti qalxacaq”

04 Yanvar 2022 - 21:25
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

– Qüdrət bəy, çörəyin qiymətinin artmasına münasibətinizi bilmək istərdik.

– Münasibətim çox pisdir. Hesab edirəm heç qiyməti qaldıranlar da bundan məmnun deyil. Həm də ona görə narazıyam ki, yalnız çörəyin qiyməti yox, digər ərzaq məhsullarının da qiyməti qalxır. Artırılmış əmək haqlarının, pensiyaların artan qiymətləri qarşılayacağı da bəlli deyil. Bu isə aztəminatlı və çoxuşaqlı ailələrin, pensiya alanların sosial vəziyyətini ağırlaşdıracaq. Hökumət manatın kursunu sabit saxladığı kimi, heç olmasa çörəyin də qiymətini sabit saxlamalıydı. Ekspert hesablamalarına görə vətəndaşlarımız qazanclarının 2/3-ni ( üçdə ikisini) ərzaq məhsullarına, 1/3-ni isə digər tələbatlarının ödənilməsinə xərcləyir. İnkişaf etmiş ölkələrdə bu əksinədir. Vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün ciddi iqtisadi islahatlara ehtiyac var. Neftin qiyməti aşağı düşsə iqtisadi və sosial böhran qaçılmaz olacaq.

– Sizcə niyə genişmiqyaslı islahatlara gedilmir?

– Görünür, hesab edirlər ki, görülən işlər yetərlidir ki, insanlar acından ölməsin. Həm də ola bilsin səmimi olaraq düşünürlər ki, ölkədə biznes mühüti yaxşıdır, sadəcə bəlli olmayan səbəbdən yerli və xarici sərmayədarlar iqtisadiyyata əhəmiyyətli miqyasda pul yatırmır. Amma Baş nazir inandığı bir adama desə ki, get hər hansı istehsal və emal müəssiəsinin açılması üçün aidiyyatı olan və olmayan dövlət orqanlarının tələb etdiyi qanuni və qanunsuz vəsaitin məbləğini öyrən və gəl mənə de. Onda bəlli olacaq ki, nə qədər böyük əlavə xərclər var. Sahibkar da hesablayır ki, qoyduğu pulu hansı müddətə çıxara bilər. Bəlli olanda ki, onun ömrü buna kifayət etməyəcək, əlindəki vəsaiti xaricə çıxarmağa çalışır. Həm də sahibkarların mülkiyyətlərinin toxunulmazlığına dair ciddi narahatçılıqları var. Ona görə də qanunun aliliyi ciddi şəkildə təmin olunmalı, dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, bizneslə məşğul olmamalıdır. Bazar iqtisadiyyatı qanunları tətbiq olunmalı, ölkəmiz Dünya Ticarət Təşkilatına, böyük iqtisadi birliklərə üzv olmalıdır. İndiki şərtlər altında, təbii sərvətləri satmaqla bundan yaxşısına nail ola bilməyəcəyik.

– Qüdrət bəy, Silahlı Qüvvələrin siyasətə cəlb olunması istiqamətində müəyyən iş aparılır, bu nə dərəcədə təhlükəlidir?

– Sosial şəbəkələrdə, Youtube- da uşaqlarının anası erməni olanlardan bu tipli çağırışları mən də eşidirəm. Bu iş müxtəlif adlar altında görülür. Həmin adamlar Azərbaycanı sevsəydilər, təxribatçı olmasaydılar anlayardılar ki, odla oynayırlar. Ordunun siyasi proseslərə cəlb olunması heç bir ölkənin problemlərini həll etməyib. Əksinə həmin ölkəni məhvə aparıb. Onlara sığınacaq verənlərin bəlkə elə istədiyi də budur.

Mən uzun illər, Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmlərdən parlamentdə Ordunun rəhbərliyinin milli kadrlarla gücləndirilməsinin və Orduya mülki nəzarətin artırılmasının zəruriliyi barədə çıxış etmişəm. 2017-ci ildə “Silahlı Qüvvələr” Haqqında qanun qəbul ediləndə Ordudakı işgəncələr barədə danışdım, Silahlı Qüvvələrdə mövcud ola biləcək hər cür neqativ halların qarşısını almaq üçün qanunçuluğun gücləndirilməsi məqsədilə Orduya Parlament və mülki nəzarətin həyata keçirilməsini təmin edəcək qanunvericilik bazasının yaradılmasını təklif etdim. O zaman Milli Məclisə dəvət olunmuş Kərim Vəliyev əvvəl bunu normal qarşıladı, amma nahardan sonra kiminsə ola bilsin məsləhəti, yaxud tapşırığı ilə mənim çıxışıma sərt reaksiya verdi, Orduda hər hansı işgəncə faktının olmadığını bəyan etdi. Düzdür Milli Məclisin sədri Oktay Əsədov onun cavabını verib sakitləşdirdi. Sonra özüm də onun cavabını verdim, daha ciddi pozuntuların olmasından danışdım. Yeni Ombudsman təyin olunanda da bu məsələni qaldırdım. Amma çox təəssüf ki, o zaman həm iqtidar, həm mətbuat “ermənilər də ordudakı problemləri bilər” yanaşması ilə bu məsələnin üstünə gedib ictimaiyyəti məlumatlandırmadı.

Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün Müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşekar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin onlara verdiyi “son zərurət və zəruri müdafiə” hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların, mən əsgərləri bir kənara qoyuram, heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var.

Biz hərbçilərimizin sosial müdafiəsini gücləndirməklə, qanunçuluğu təmin etməklə, hərbçilərin karyera yüksəlişini ciddi tənzimləməklə orduya uzanan əlləri kəsə bilərik. Hesab edirəm bizim ləyaqətli və vətənpərvər zabitlər də nə baş verdiyinin fərqindədir və onlar heç vaxt siyasi dələduzların onları siyasi, antikonstitusion proseslərə cəlb etməsinə imkan verməz. Əminəm ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlar da proseslərə ciddi şəkildə nəzarət edir və bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.

Previous Post

“Yalnız çörəyin yox, digər ərzaq məhsullarının da qiyməti qalxacaq”

Next Post

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14

İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Next Post
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.