"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46
in MƏDƏNİYYƏT
FacebookVatsap

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü – iyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçirilib.

Bunu da oxuyun

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Elchi.az xəbər verir ki, məşhur balet ulduzlarının iştirakı ilə keçirilən qala-konserti rəsmi şəxslər, mədəniyyət xadimləri, sənətsevərlər və ictimaiyyət nümayəndələri izləyiblər.

Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderland Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Maievskyi çıxıb.

Təxminən saatyarım davam edən qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdirilib. Tamaşaçılar Lüdviq Minkusun “Don Kixot”, Sergey Prokofyevin “Romeo və Cülyetta”, Adolf Adanın “Jizel” və digər sevilən baletlərdən parçalar izləyib.

Dünyanın tanınmış balet artistlərinin ifasında təqdim olunan qala-konsert izləyicilərə unudulmaz sənət bayramı yaşadıb.

Festivalın növbəti günü tamaşaçılara Vyetnamdan gələn “Bronze drum” Ansamblının ifasında “Vyetnamın milli vokal janrlarına İntroduksiya” proqramı, həmin günün gecəsi isə Özbəkistandan “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışları və “Bek” Doyraçılar Ansamblının ifası təqdim olunacaq.

İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Konsertdə Xalq artisti Teyyub Aslanov (xanəndə), həmçinin Dəyanət Məmmədov (tenor), Fərid Abdullayev (tar), Gülnaz Talıbova (soprano), Xatirə Hacıyeva (soprano), Müslüm Müslümzadə (xanəndə), Rəvanə Ağamirova (soprano), Samid Xudarlı (tenor), Sara Hüseynova (soprano), Səbinə Əsgərova (soprano), Səməd Novruzov (tenor) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini təqdim edəcəklər.

Həmin günün axşamı isə Qəbələ muğamsevərləri bir araya gətirəcək. Konsertdə Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva çıxış edəcək.

Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner və Vyetnamda klassik musiqi və piano sənətinin tanınmış simalarından biri olan Luong To Nhu “Kamera musiqi axşamı”nda çıxış edəcəklər.

Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestri “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digər filmlərdən musiqiləri ifa edəcək.

Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Həmin gün tamaşaçılar qarşısında Yuri Bivolun baş baletmeysteri olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və Moldovanın “Millenium” etnoestrada qrupu da çıxış edəcək.

Beynəlxalq Musiqi Festivalına avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq. Konsertdə Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), həmçinin Lalə Mürşüdlü (soprano) çıxış edəcək.

2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.

Festival yay fəsli ilə yanaşı, artıq iki ildir ki, qış mövsümündə də “Qış nağılı” adı ilə təşkil edilir.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub - FOTO
Previous Post

5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır

Next Post

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Bənzər yazılar

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24 Avqust 2026 - 09:57

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. Elchi.az xəbər verir ki, nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır...

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

21 Avqust 2026 - 18:43

Ərzurumda “Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib. Bu barədə Elchi.az-a Türkiyədə...

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

13 Avqust 2026 - 17:25

Oktyabrın 28-dən noyabrın 8-dək Bakı yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək: Azərbaycanın paytaxtı Bakı Beynəlxalq İncəsənət Festivalına (BIAF) ev sahibliyi edəcək....

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

04 Avqust 2026 - 16:39

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Elchi.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki,...

Next Post
Əmtəə bazarlarında qızıl ucuzlaşır

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Gəncədə yanğın-taktiki təlim keçirilib – VİDEO

Gəncədə yanğın-taktiki təlim keçirilib - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

24 Avqust 2026 - 19:28
DİM rezidentura namizədlərinə müraciət etdi

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyatın vaxtı bilinib

24 Avqust 2026 - 19:20
ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

24 Avqust 2026 - 19:17
DİM bu imtahanın nəticələrini elan etdi

İxtisas seçiminin nəticələri açıqlanıb, 58 947 nəfər ali məktəblərə qəbul olunub – YENİLƏNİB

24 Avqust 2026 - 19:15
300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

24 Avqust 2026 - 19:10
İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

24 Avqust 2026 - 19:04
Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

24 Avqust 2026 - 18:53
Bu il 44 min uşaq bağçalara qəbul olunub

Bu il 44 min uşaq bağçalara qəbul olunub

24 Avqust 2026 - 18:45
İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

24 Avqust 2026 - 18:38
Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

24 Avqust 2026 - 18:27
Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

24 Avqust 2026 - 18:19
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust 2026 - 18:09
Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

24 Avqust 2026 - 18:00
Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

24 Avqust 2026 - 17:46
Bakıda bu yol bağlanır

Bakıda bu yol bağlanır

24 Avqust 2026 - 17:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.