Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radmanın fevralın 7-8-də Ermənistana rəsmi səfəri baş tutacaq.
Elchi.az NEWS.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
“Fevralın 8-də Ermənistan XİN-də Ermənistan və Xorvatiya xarici işlər nazirlərinin görüşü baş tutacaq, ondan sonra xarici işlər nazirlərinin mətbuat konfransı keçiriləcək”, -XİN-nin məlumatında deyilir.
Səfər çərçivəsində Radmanın Ermənistan prezidenti Vaaqn Xaçaturyan, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın spikeri Alen Simonyan, bütün ermənilərin katolikosu II Qaregin və digər rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulub.
Yeganə