"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Xocalı soyqırımı XX əsrin ən ağır bəşəri faciələrindən biridir” – Əli Həsənov

26 Fevral 2018 - 09:22
in SİYASƏT MANŞET
FacebookVatsap

>

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.
Elchi.az  Azərtac-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı və digər rəsmi şəxslər, o cümlədən, diplomatlar və deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında “Böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir. İstanbulun bu dilbər güşəsində Azərbaycan adına gözəl bir parkın salınması və bu abidənin ucaldılması xalqlarımızın tarixi bağlılığı ilə mövcud olan Azərbaycan və Türkiyə qardaşlığına bariz nümunədir. Bu parkın salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır. Saxta “erməni soyqırımı” mövzusu ilə illərdən bəri Türkiyəyə qarşı ədalətsiz mövqe nümayiş etdirən tərəflər yaxşı olar ki, Xocalı soyqırımına ədalətli mövqe sərgiləsinlər. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirən Əli Həsənov qeyd edib ki, məhz bu doğma münasibətin nəticəsi olaraq tərəflər təmənnasız şəkildə bir-birinin maraqlarını müdafiə edirlər. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasının zəruriliyini vurğulayan Prezidentin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin tədqirəlayiq olduğunu qeyd edib. O bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası sayəsində bu sahədə böyük nəticələr əldə olunub.

Azərbaycan Dostluq Parkı və buradakı abidəyə görə Türkiyə hökumətinə dərin minnətdarlığını ifadə edən Əli Həsənov diqqətə çatdırıb ki, ucaldılan Xocalı soyqırımı abidəsi sülhə, dostluq və firavanlığa xidmət edir. “Əminəm ki, bu abidə millətlər, xalqlar və sivilizasiyalar üçün mühüm əhəmiyyət daşıyan dostluq və qardaşlıq simvoluna çevriləcək. Təcavüzkar Ermənistan dövlətinin antiinsani vəhşiliyindən fərqli olaraq Azərbaycan və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Biz insanların dostluq və qardaşlıq şəraitində yaşamasını təmin edirik. Biz xalqlarımızın təhlükəsizliyi üçün tədbirlər görürük. Biz nəhəng layihələr sayəsində böyük bir coğrafiyada iqtisadi inkişafı gerçəkləşdiririk. Təcavüzkar Ermənistan və erməni millətçi dairələri isə bütün dövrlərdə olduğu kimi, indi də havadarlarına arxayın olaraq bölgəyə münaqişə və müharibə, fəlakət və qarşıdurma gətiriblər. Biz azərbaycanlılar isə sülh, dialoq və firavanlıq ovqatı aşılayırıq. Ermənilər vəhşi hərəkətləri ilə, qan tökməklə, ailələri məhv etməklə, bizim xalq isə humanist fəaliyyəti ilə fərqlənir”, – deyə Əli Həsənov qeyd edib.

Böyük şair və dramaturq Hüseyn Cavidin bütün bəşəriyyət üçün örnək olan sülh çağırışlarından misraları xatırladan Prezidentin köməkçisi bildirib ki, ermənilər qan tökməyə, biz isə qan izi silməyə, sülh yaratmağa, birlikdə dostluq şəraitində yaşamağa çağırış edir və buna çalışırıq.

Çıxışının sonunda “Bağcılar” sözünün kökü barədə fikir və mülahizələrini bölüşən Əli Həsənov artıq həyat gerçəkliyinə qovuşan bu ideyanın müəlliflərinə, onun həyata keçirilməsində zəhməti olan hər kəsə, xüsusilə yerli sakinlərə dərin təşəkkürünü ifadə edib. O əminliklə qeyd edib ki, Bağcılar rayonunda həyata keçirilən bu əzəmətli layihə iki qardaş ölkə və xalq arasındakı tarixi bağların daha da möhkəmlənməsinə töhfə verəcək.

Xocalı soyqırımının Türkiyədə böyük bir üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdıran İstanbul valisi Vasip Şahin deyib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq. “Qarabağ acısını ən azı öz dərdimiz kimi yaşayırıq. Bu problemin həllində hər zaman Azərbaycanın yanındayıq. Hər zaman olduğu kimi, indi də, gələcəkdə də bizim üçün Can Azərbaycan var!”, – deyə vali qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Türkiyənin qardaşlığı xalqlarımızın çox qədimdən hökm etdiyi və əbədiyyətə qədər yaşayacaq bir sifarişdir.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal deyib ki, iki qardaş ölkəni eyni tarix, eyni din, eyni mədəniyyət birləşdirir. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin qardaşlığımızı tərənnüm edən şeirlərindən kiçik misralar söyləyən Mövlud Uysal qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.

Açılışı keçirilən Azərbaycan Dostluq Parkı və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin ideya olaraq ortaya çıxması barədə məlumat verən Bağcılar Rayon Bələdiyyəsinin sədri Lokman Çağrıcı bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulu tərəfindən irəli sürülən bu təklif böyük məmnuniyyətlə qəbul edilib. O qeyd edib ki, Xocalı soyqırımı Türkiyənin də dərdidir. Bu soyqırımına ədalət tələb etmək də, yaddaşlardan silinməməsi üçün tədbirlər görmək də mənəvi borcumuzdur.

Xocalı sakini Səbinə Məhərrəmova 7 yaşı olarkən erməni cəlladlarının vəhşiliyinin şahidi olduğunu qeyd edərək bildirib ki, soyqırımı gecəsi özü və bir qardaşından başqa ailəsinin bütün üzvləri məhv edilib. Soyqırımının dəhşətlərini bir an da olsa unuda bilmədiyini söyləyən Səbinə Məhərrəmovanın kövrək sözləri iştirakçıları duyğulandırıb.

Çıxışlarda saxta “erməni soyqırımı” iddiasının ortaya çıxmasının siyasi səbəbləri, bu əsassız məsələnin Türkiyəyə qarşı təzyiq vasitəsi olması, Çanaqqala zəfəri, 1905-1907, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, 1918-ci ildə Qafqaz İslam Ordusunun rəşadəti sayəsində Bakının qurtuluşu, 1948-1953-cü illərdə Ermənistan ərazisindən soydaşlarımıza qarşı həyata keçirilən deportasiya, o cümlədən sovet hakimiyyətinin süqutu illərində ermənilərin Dağlıq Qarabağa qarşı ortaya atdıqları ərazi iddiaları əsasında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri, həmçinin aqressiv tərəfin BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması, terrorçu Ermənistanın böyük bir coğrafiyada sülhə və əmin-amanlığa qarşı təhlükə mənbəyinə çevrilməsi, eləcə də Suriya ərazisindən Türkiyəyə yaradılan böyük təhlükələrin qarşısının alınmasının vacibliyi barədə fikirlər səslənib. Vurğulanıb ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə etməyə, o cümlədən Türkiyə də istər ölkə daxilində, istərsə də öz dövlət sərhədi boyunca terror risklərini aradan qaldırmağa, bütün təhlükəsizlik tədbirlərini həyata keçirməyə haqqı var.

Rəsmi hissədən sonra Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin rəmzi açılışını bildirən lent kəsilib.

Sonra iştirakçılar parkda ağac əkiblər.

 

Previous Post

“Xocalı soyqırımı XX əsrin ən ağır bəşəri faciələrindən biridir” – Əli Həsənov

Next Post

Ordumuzun mövqeləri atəşə tutuldu – Cəbhədə GƏRGİNLİK

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post
Ordumuzun mövqeləri atəşə tutuldu – Cəbhədə GƏRGİNLİK

Ordumuzun mövqeləri atəşə tutuldu – Cəbhədə GƏRGİNLİK

Ordumuzun mövqeləri atəşə tutuldu – Cəbhədə GƏRGİNLİK

Ordumuzun mövqeləri atəşə tutuldu – Cəbhədə GƏRGİNLİK

Son xəbərlər

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.