"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Xocalı aeroportu ətrafında məsələ böyüyür – XİN düşmənə xəbərdarlıq etdi  

26 May 2017 - 08:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan beynəlxalq təşkilatlara da çağırış etdi; hərbi ekspert: “Oradan qalxan istənilən təyyarə və ya vertolyot məhv edilməlidir…”
Erməni separatçılarının Dağlıq Qarabağın “paytaxtı”nı Şuşaya köçürməklə bağlı həyasız davranışlarının ardınca Xocalı aeroportunun işə salınmasına hazırlıqlara başlaması Azərbaycanda narahatlığa və etirazlara səbəb olub. Heç kəsdə şübhə yoxdur ki, işğalçılar Azərbaycan üçün çox müqəddəs ünvan olan bu məkandan özlərinin hərbi məqsədləri üçün istifadə etmək, işğal zonasındakı qoşunları döyüş sursatı və yeni silahlarla təchiz etməyə çalışırlar.
İctimai təşkilatların və hərbi ekspertlərin Xocalı aeroportunu bombardman etməklə bağlı çağırışlarının ardınca rəsmi Bakı da məsələyə reaksiya verib. “Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır. Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir”. Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğularına cavab olaraq bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir: “Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub”. H.Hacıyev bildirib: “Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir. Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının Aviasiya haqqında Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır”.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Image result for XOcalı aeroportu
Diplomat daha sonra deyib: “Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafiq vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı (anneksiya) məqsədi daşıyır. Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcəkdir”.
Hərbi ekspert Üzeyir Cəfərov xatırlatdı ki, gələn ay ATƏT-in bivec, daha çox Ermənistanın maraqlarına xidmət edən Minsk Qrupu regiona növbəti səfərini həyata keçirməyi planlaşdırır: “Əslində bu da yüzlərlə mənasız, nəticəsiz görüşlərdən biri olacaq. Heç nə dəyişməyəcək, sadəcə, bu hiyləgər üçlük və onların yanında qocalan polşalı diplomat Anjey Kasprşik yenə öz hesabatlarını hansısa ”irəliləyiş”, “ümid”lə dolduracaqlar və guya hansısa “iş gördükləri” görüntüsü yaradacaqlar. Əslində isə onlar öz son bəyanatları ilə kimə və nəyə xidmət etdiklərini bir daha təsdiqlədilər. Şəxsən mənim mövqeyim bundan ibarətdir ki, Azərbaycan nəhayət ki, öz sərt sözünü və üzünü göstərməlidir. Nə qədər belə vaxt itkisinə hesablanmış görüşlər keçiriləcək? İndi də bu görüşə bir az “rəng qatmaq” üçün Ermənistan tərəfi, görünür, havadarlarından siqnal alıb. Onlar cəbhədə ard-arda neçənci dəfədir ki ciddi təxribatlar törədirlər. İndi isə Azərbaycanın səbrini daşırmaq, bizi açıq şəkildə onlara cavab verməyə sövq edən addıma əl atmağa başlayıblar”.

 

Image result for Üzeyir cəfərov
Hərbi ekspert Azərbaycan ordusunun düşmənin bu təxribatının qarşısını almaq üçün hər cür imkanlara malik olduğunu düşünür və hesab edir ki, hansısa qüvvə bununla bağlı bizə irad tuta bilməz: “Düşmən Xocalı aeroportundan istifadə edərək guya hansısa turistləri Şuşa şəhərinə və geriyə səyahət adı ilə aparıb gətirməyi planlaşdırır. Həm Beynəlxalq Aviasiya Təşkilatı, həm Azərbaycan tərəfi ötən illərdə dəfələrlə bunlara xəbərdarlıq edib ki, avantüradan imtina etsinlər. Ancaq erməni tərəfi öz inadından dönmək istəmir. Ona görə ki, onlar ATƏT-in Minsk Qrupuna vəfa borcu olan bir məsələnin reallaşdırılmasına ötən ildən söz veriblər. Onlar çalışırlar ki cəbhədə növbəti qanlı toqquşma baş versin və iki ölkənin dövlət başçıları bir araya gətirilsin və yenə hansısa mənasız müzakirələr və axmaq ideyalar ortalığa atılsın, bir müddət də bu ”qlobal ideyalar” müzakirə edilsin. Çünki işğalçı Ermənistana həmin bivec beynəlxalq qurumlar bir kəlmə də olsun təpki göstərmirlər ki, onlar BMT TŞ-nin qətnamələrinə əsasən qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxsınlar. Belə davam edəcəksə, hələ uzun illər biz ancaq boş və mənasız görüşlər, ermənilərin daha həyasız təxribatlarının şahidi olacağıq. Ona görə də hesab edirəm ki, Xocalı aeroportundan qalxan istənilən təyyarə və ya vertolyot məhv edilməlidir. Qoy Ermənistan tərəfi başa düşsün ki, bizim də səbrimizin bir həddi var. Mən o fikri də qətiyyən bölüşmürəm ki, bu təyyarələr mülki təyyarələrdir, buna beynəlxalq aləmdə nə deyərlər? Belələrinə demək istəyirəm ki, xahiş edirəm, bu “humanistliyinizi” özünüzə saxlayın! Bu gün “mülki təyyarə” adı ilə uçuşlara başlayacaq ermənilər sabah rahat oradan hərbi məqsədləri üçün də istifadə edəcək, buna heç kimin şübhəsi olmasın”.
Bu arada ermənilər xəbər yayıb ki, Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. İstiPress-in məlumatına görə, bu barədə “Yell Extreme Park”ın rəhbəri Tiqran Çibuxçyan bildirib. Onun sözlərinə görə, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə çəkən uçuşlar üçün şirkət 35 min dram, yəni 72,4 dollar tələb edir. Tiqran Çibuxçyan layihəyə 35 min dollar vəsait yatırıldığını bildirir. Onun fikrincə, sərmayələr artacaq.
Ü.Cəfərov isə iddiaların saxta olduğunu dedi: “Şuşada hansısa aeroportun açılması xəbəri sırf dezinformasiyadır. Bunu həm orada olanlar və demək olar ki, Şuşaya sonuncu səfərə gedən azərbaycanlılardan biri kimi deyirəm. Orada heç bir aeroport-filan yoxdur. Bu ermənilərin siçandan fil düzəltməyi kimi bir şeydir. Bu xəstələrin gah onlarda nüvə, gah da atom silahı ilə bağlı sayıqlamalarını yadınıza salın. Özlərinin də nümayiş etdirdikləri şəkildə görünür ki, bu balaca təyyarə istənilən düzəngah yerdən uça bilir və hətta asfalt yolda da ondan istifadə etmək olur. İndi bunlar bir tozanaq qaldırıblar ki, guya hansısa aeroport açıblar. Elə bir şey yoxdur. Əlbəttə ki, elə bir addım atılacaqsa, biz bunun qarşısını almalıyıq və hədəfi məhv etməliyik. Özü də düşünmədən və sərt formada”.

Previous Post

Xocalı aeroportu ətrafında məsələ böyüyür – XİN düşmənə xəbərdarlıq etdi  

Next Post

Bakıda torpaq ucuzlaşdı

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Bakıda torpaq ucuzlaşdı

Azərbaycan və İsveçrə arasında viza rejimi sadələşdirilir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.