Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.
Elchi.az xəbər verir ki, Ceyhun Bayramov bununla bağlı Tvitter səhifəsində yazıb.
“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyenin yanındadır!”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli xanım Prezident,...





















Son şərhlər