"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

XİN-dən 20 Yanvar faciəsi ilə bağlı bəyanat

19 Yanvar 2023 - 11:16
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Elchi.az bəyanatın mətnini təqdim edir:
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi.
Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi.
Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.
33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik”.

Bunu da oxuyun

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

ƏHD Partiyasından təbrik mesajı

Prezident Vyetnama səfər edəcək

Previous Post

XİN-dən 20 Yanvar faciəsi ilə bağlı bəyanat

Next Post

Hollandiya Auditorlar Məhkəməsi: Hökumət bunun üçün kifayət qədər büdcə ayırmır

Bənzər yazılar

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

17 Noyabr 2026 - 14:43

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb. Elchi.az...

Prezident Vyetnama səfər edəcək

ƏHD Partiyasından təbrik mesajı

17 Noyabr 2026 - 14:14

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası...

Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək

Prezident Vyetnama səfər edəcək

17 Noyabr 2026 - 14:14

Prezident İlham Əliyev Vyetnama səfər edəcək. Elchi.az xəbər verir ki, səfər Vyetnam liderinin dəvəti ilə baş tutacaq. Məlumata görə, səfər...

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

17 Noyabr 2026 - 13:30

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin...

Next Post
Hollandiya Auditorlar Məhkəməsi: Hökumət bunun üçün kifayət qədər büdcə ayırmır

Hollandiya Auditorlar Məhkəməsi: Hökumət bunun üçün kifayət qədər büdcə ayırmır

Hollandiya Auditorlar Məhkəməsi: Hökumət bunun üçün kifayət qədər büdcə ayırmır

Hollandiya Auditorlar Məhkəməsi: Hökumət bunun üçün kifayət qədər büdcə ayırmır

Son xəbərlər

Bəzi ixtisaslar üzrə ali təhsil müddəti azaldıla bilər

Bəzi ixtisaslar üzrə ali təhsil müddəti azaldıla bilər

17 Noyabr 2026 - 15:08
NATO-nun Ukraynaya yardım mexanizmi TÜKƏNİB

NATO-nun Ukraynaya yardım mexanizmi TÜKƏNİB

17 Noyabr 2026 - 15:00
Messi Argentina millisinə yeni vəzifədə qayıda bilər

Messi Argentina millisinə yeni vəzifədə qayıda bilər

17 Noyabr 2026 - 14:52
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

17 Noyabr 2026 - 14:43
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

17 Noyabr 2026 - 14:30
Prezident Vyetnama səfər edəcək

ƏHD Partiyasından təbrik mesajı

17 Noyabr 2026 - 14:14
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək

Prezident Vyetnama səfər edəcək

17 Noyabr 2026 - 14:14
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək

Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək

17 Noyabr 2026 - 14:07
Aİ Ukrayna üzrə danışıqlar üçün mandat hazırlamağa başlayacaq

Aİ Ukrayna üzrə danışıqlar üçün mandat hazırlamağa başlayacaq

17 Noyabr 2026 - 14:00
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

17 Noyabr 2026 - 13:51
Çıxarışı olmayan evlərə qaz verilməyəcək?

Çıxarışı olmayan evlərə qaz verilməyəcək?

17 Noyabr 2026 - 13:42
Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

17 Noyabr 2026 - 13:30
Azərbaycanda “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq

Azərbaycanda “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq

17 Noyabr 2026 - 13:16
FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib – VİDEO

FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib – VİDEO

17 Noyabr 2026 - 13:08
Amerikalıların ərzaq ehtiyatı toplamağına ehtiyac yoxdur – Vens

Amerikalıların ərzaq ehtiyatı toplamağına ehtiyac yoxdur – Vens

17 Noyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.