Yaxın həftələrdə Aİ xarici işlər nazirləri Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar aparmaq üçün Avropa nümayəndə heyəti üçün rəsmi mandat layihəsini hazırlamağa başlayacaqlar.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Nazirlər məsələnin mahiyyətinin müzakirəsində iştirak etmək istəyirlər”, -deyə nəşr yazıb.
Bu arada, digər rəsmilərə görə, mandat layihəsinin hazırlanması işi Aİ səfirlərinin üzərinə düşəcək.
Noyabrın 13-də Dublində keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra Avropa Şurasının sədri Antonio Kosta bəyan edib ki, Aİ liderləri Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar. O, bildirmişdir ki, onun tərkibinə Aİ təsisatlarının – Avropa Komissiyası və Avropa Şurası, eləcə də “istəklilər koalisiyasının” beş ölkəsi – Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın nümayəndələri daxil olacaq.
Yeganə





















