"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Xarici qüvvələr ölkəmizdə destabillik yaratmaq istəyirlər

22 Dekabr 2023 - 13:20
in SİYASƏT
FacebookVatsap

Bu gün Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Ölkəmizdə həyata keçirilən mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti və inkişafı üçün əlverişli şərait yaradılıb.

Bunu da oxuyun

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

Elchi.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O bildirib ki, Azərbaycanda 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olundu ki, bu da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar verdi.

“Bir vacib məqamı da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Lakin radikal müxalifət təmsilçiləri bütün bu yaradılan imkanlardan sivil siyasi rəqabət aparmaq üçün deyil, təxribat xarakterli bəyanatlar vermək, cəmiyyətdə çaşqınlıq və ixtilaf yaratmağa cəhd etmək üçün yararlanmağa çalışırlar”.

K.Qafarov vurğulayıb ki, radikalların tətbiq etməyə çalışdıqları “boykot” üsulunun strateji hədəfi, eyni zamanda, cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir:

“Ölkədə aparılan uğurlu siyasi islahatlar bütün mütərəqqi siyasi qüvvələrin bərabər imkanlarla fəaliyyətinə və inkişafına zəmin yaratdığı kimi, destruktiv mövqelərdən çıxış edən radikalların da real potensialını üzə çıxarmış oldu. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal müxalifətin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Məlumdur ki, “boykot” siyasi mübarizə üsulu deyil, qərəzli informativ manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Həm də bu üsul bütün sivil dünyada məhz “kirli” texnologiyaların klassik növü hesab olunur və ondan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” hər hansı bir siyasi partiyanın prinsipial mövqeyini nümayiş etdirmək üçün deyil, bilavasitə təxribatlara yol açmaq məqsədilə tətbiq olunur”.

K.Qafarov bildirib ki, bir ölkədə siyasi sabitliyi pozmaq və həmin ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirirlər:

“Bu məqsədlərin həyata keçirilməsinə cəlb oluna biləcək ən real qüvvə isə, həmin ölkənin daxilində olan radikallardır. Çünki məhz radikal təfəkkürün əsasında kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaflar yaratmaq istəkləri durur. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlər olublar. Buna görə də bu gün sağlam siyasi rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etmək əvəzinə, radikal müxalifətin məqsədi insanları qalmaqallı situasiyaları təhrik etməkdir, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün zəmin hazırlamaq yolunu seçməkdir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bu insinuasiyaların qiymətini yaxşı bilir. Buna görə də radikal müxalifətin seçkiləri “boykot” çağırışları da bütün digər qərəzli kampaniyaları kimi fiaskoya uğramağa məhkumdur”.

Previous Post

Xarici qüvvələr ölkəmizdə destabillik yaratmaq istəyirlər

Next Post

Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi

Bənzər yazılar

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33

Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyada əleyhinə...

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm. Elchi.az xəbər verir ki, bunu Belçika Krallığının...

Next Post
Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi

Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi

Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi

Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.