Vyetnamı təsir edən Kajiki qasırğasının yaratdığı şiddətli tufan və daşqınlar nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 34-ə çatıb.
Elchi.az xəbər verir ki, Vietnam News-un məlumatına görə, Kajiki qasırğasının yaratdığı leysan və daşqınlar ölkədə həyata mənfi təsir göstərməkdə davam edir.
Rəsmilər ölənlərin sayının 7-yə, yaralıların sayının isə 34-ə yüksəldiyini, 1 nəfərin isə xəbərsiz qaldığını bildirib.
Səlahiyyətlilər həmçinin tayfun səbəbindən təxminən 1,6 milyon insanın elektrik enerjisinin kəsildiyini və 15 evin tamamilə dağıldığını bildirib.
Vyetnamın Baş naziri Pham Minh Chinh yerli hakimiyyət orqanlarına axtarış və xilasetmə işlərinin tam sürətlə davam etməsini təmin etmək üçün səfərbər olmağı tapşırıb.
Avqustun 23-də Kajiki tayfunu səbəbindən Çinin cənubundakı Hainan adasında “4-cü səviyyə” fövqəladə vəziyyət elan edilib.
Kajiki bu il Sakit okeanda əmələ gələn 13-cü tayfun kimi qeydə alınıb.
Şayəstə Hüseynova


















