Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsindən əvvəl heç kimin Avropa İttifaqına (Aİ) daxil olmasına icazə verilməyəcəyini bildirib.
Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, yerli televiziya kanalına qoşulan Vuçiç ölkəsinin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.
Vuçiç ölkəsinin Aİ-yə üzvlük prosesində uzun müddət gözləyəcəyi ehtimalından narahat olmadığını bildirib.
Keçən il ölkəsinə 4,41 milyard avro birbaşa xarici sərmayə qoyulduğunu qeyd edən Vuçiç bildirib:
“Bizdən əvvəl heç kimin Aİ-yə girməsinə icazə verməyəcəklər. Sərmayələr məni narahat edir. Onların Rusiyanı necə tərk etdiklərini gördüm, orada daha çox maraqları var idi”.
“ABŞ ilə yaxşı münasibətlər bizim üçün vacibdir”
Mövcud vəziyyətdə ABŞ-ın Serbiyanın yanında olmadığını vurğulayan Vuçiç söyləyib:
“Bütün güclərini Rusiyaya qarşı cəmləşdirdikləri üçün rasional və ciddi şəkildə necə davranacaqlarını, güclərini və enerjilərini başqalarına itirməmələrinin yollarını axtarırlar”.
Vuçiç Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı söhbətlərin onlar üçün “iyrənc” çıxışlar olduğunu qeyd edərək, “Bir ölkəni idarə edəndə başının üstündə neçə qılınc olacağını bilə bilməzsən və əvvəlcədən heç nə vəd edə bilməzsən”,-deyə vurğulayıb.
Bölgədəki vəziyyətin çox ciddi və getdikcə daha mürəkkəb olduğunu qeyd edən Vuçiç qarşıdakı dövrdə ölkəsinə qarşı təzyiq və hücumların artacağını da deyib.
Yeri gəlmişkən, Vuçiç Britaniyanın Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Stüart Peçi qəbul edib. Görüşdən sonra açıqlama verən Vuçiç Kosovo məsələsi ilə bağlı Peçi məlumatlandırdığını bildirib və Priştinanın təktərəfli hərəkətlərinin Kosovodakı serbləri təhlükəyə atdığını bildirib.
Vuçiç ölkəsinin regional sülh və sabitlik üçün fəaliyyətini davam etdirəcəyini bildirib və Serb Bələdiyyələr Birliyinin ən qısa zamanda qurulması üçün İngiltərədən dəstək gözlədiklərini qeyd edib.
Yeganə