"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Vergidən yayınan milyonlar

02 Fevral 2015 - 16:31
in İDMAN
FacebookVatsap

42Sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb

Bunu da oxuyun

Konfrans Liqasının püşkü atılıb

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

UEFA reytinqində Azərbaycanın mövqeyi

Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan növbəti çoxepizodlu və mürəkkəb tərkibli cinayətin ibtidai istintaqı başa çatıb.

İstintaq zamanı müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları, əvvəllər məhkum olunmuş Abbasov İlkin Cahangir oğlu İsmayılov Ələkbər Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaradaraq 2011-2013-cü illər ərzində külli miqdar təşkil edən 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Bu məqsədlə o, cəmi 106 sayda müəssisə yaradaraq, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqla cinayət əməlləri törədib.

İ.Abbasov Ə.İsmayılovu təsis etdiyi “Nur Yapı Group” MMC-yə, Kazımov Fikrət Əliəkbər oğlunu “Venta Group” MMC-yə, Mirzəyev Allahyar Adaşil oğlunu 54 sayda MMC-yə, Əsgərov Dərgah Fəzail oğlunu 23 sayda MMC-yə, Fətullayev Samir İzmir oğlunu isə 28 sayda MMC-yə direktor vəzifəsinə təyin etdirsə də, bu müəssisələrə faktiki özü rəhbərlik etmiş, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsini nəzərdə tutan əməliyyatlar aparmış, vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 104.1, 105.1, 155.1, 157, 177.1, 177.2 və 220.1-ci maddələrinin tələblərini pozaraq vergi orqanına ya bəyannamə təqdim etməmi, yaxud təqdim etdiyi bəyannamələrə gəlirlər və xərcləri barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

İlkin Abbasov atası – əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsininn 04.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Abbasov Cahangir Oktay oğlu ilə də cinayət əlaqəsinə girərək, atasının direktor olduğu “Qlobus M” MMC-nin Samux rayonunun Poylu və Salahlı kəndlərində yerləşən hər biri 180 yerlik orta məktəb binalarının tikintisi zamanı görülmüş işlərin təhvil verilməsinə dair aktları (forma 2) atasının əvəzinə imzalayaraq onunla birlikdə 2011-ci ilin dekabr ayı üzrə cəmi 152 min 446 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Müəyyən edilmişdir ki, Cahangir Abbasov “Qlobus M” MMC-nin təsisçisi Ələkbər İsmayılov, Dərgah Əsgərov və öz oğlu İlkin Abbasovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, müxtəlif vaxtlarda onları “Qlobus M” MMC-yə direktor vəzifəsinə təyin etmiş, lakin həmin məhdud məsuliyyətli cəmiyyətə faktiki özü rəhbərlik edərək, 914 min 338 manat, bundan əlavə “Tərtər inşaat” MMC-nin fəaliyyətinə də faktiki rəhbərlik edərək 3 milyon 748 999 manat, ümumilikdə külli miqdar təşkil edən 4 milyon 663 min 338 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Ə.İsmayılov “Nur Yapı Qroup” MMC-nin direktoru vəzifəsində işləyərkən I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılmasına dair xüsusi razılıq (lisenziya) almadan “Cənubtikintiservis” ASC-nin Bakı şəhəri G. Əliyev küçəsi-25 ünvanından elektrik avadanlıqlarının yeni tikilmiş elektrik stansiyasının binasına köçürülməsi, kabel xətlərinin çəkilməsi, şəbəkəyə qoşulması və layihə topoqrafik planalma işlərinin yerinə yetirilməsi üzrə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq xeyli miqdar təşkil edən 2 milyon 863 min manat məbləğində gəlir əldə edib. O, “Səma inşaat” MMC-nin direktoru vəzifəsində işləyərkən də Salyan rayonu Yolüstü-Kürsəngi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı təmiri işlərini qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yerinə yetirmiş və külli miqdar təşkil edən 722 min 895 manat məbləğində gəlir əldə edib.

Araşdırma zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri dəfələrlə törətdikləri əməllərdən yaxa qurtarmaq və istintaqı çaşdırmaq, həqiqətin ortaya çıxmasına maneçilik törətməyə çalışmış, Abbasov İlkin Cahangir oğlu, Əsgərov Dərgah Fəzail oğlu və Mirzəyev Allahyar Adaşil oğluisə müəyyən müddət istintaq orqanından gizlənmişlər. Lakin qeyd olunan şəxslər tərəfindən sadalanan cinayət əməllərinin törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanması, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb.

Cinayət işi üzrə mütəşəkkil cinayətkar dəstənin üzvlərinə qarşı verilmiş mülki iddianın ümumi məbləği 6 milyon 611 min 96 manat təşkil edib.

Qeyd olunanlara əsasən cinayətkar dəstənin bütün üzvlərinə 24 dekabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri üzrə ittihamlar elan edilib. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qərarı ilə 2014-cü ilin dekabr ayında cinayətkar dəstənin digər üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi ittiham aktı ilə təsdiq olunması üçün Respublika Baş Prokurorluğuna göndərilib.

ANS PRESS

Previous Post

Vergidən yayınan milyonlar

Next Post

Qarabağda qoca, qadın və uşaqları belə döyüblər – (Video)

Bənzər yazılar

Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54

Bu gün UEFA Konfrans Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb. Elchi.az xəbər verir ki, püşkatma Monakoda keçirilib. Mərasim Bakı vaxtı...

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

28 Avqust 2026 - 16:25

Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb. Elchi.az xəbər verir ki, püşkatma Monakoda keçirilib. Mərasim Bakı vaxtı...

UEFA reytinqində Azərbaycanın mövqeyi

UEFA reytinqində Azərbaycanın mövqeyi

28 Avqust 2026 - 12:45

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Elchi.az xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans...

UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

28 Avqust 2026 - 10:37

UEFA, Dünya Kuboku və digər turnirlərin kommersiya hüquqlarını özəl investorlara satmaq planı ilə bağlı FIFA prezidenti Canni İnfantinoya qarşı şikayətlər...

Next Post

Qarabağda qoca, qadın və uşaqları belə döyüblər - (Video)

Qarabağda qoca, qadın və uşaqları belə döyüblər - (Video)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Xaricdə təhsil üzrə sənəd qəbulu başladı

ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib

28 Avqust 2026 - 18:43
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 18:37
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

28 Avqust 2026 - 18:25
Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13
Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

28 Avqust 2026 - 17:56
Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

28 Avqust 2026 - 17:44
Suriya vilayətində partlayış: İki nəfər həlak olub

Suriya vilayətində partlayış: İki nəfər həlak olub

28 Avqust 2026 - 17:35
“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

28 Avqust 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.