İyunun 24-də Venesuelada baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdə ölənlərin sayı 6438-ə çatıb.
Elchi.az xəbər verir ki, İyunun 24-də Venesuelada iki zəlzələ baş verib, episentrləri qərbdəki Yaracuy əyalətində və mərkəzi La Quayra əyalətində olub. Venesuela hökuməti zəlzələ nəticəsində ölənlərin sayının 137 artaraq 6438-ə çatdığını açıqlayıb.
Bəyanatda 335 evin zərər çəkmiş ailələrə təhvil verildiyi, 59109 binadan 34680-nin yaşayış üçün yararlı, 13733-nün girişi məhdud, 10696-nın isə yüksək risk altında olduğu bildirilib.
Şayəstə





















