Venesuela ABŞ prezidenti Donald Trampın ölkənin hava məkanının qapalı sayılmalı olduğunu dedikdən sonra onu müstəmləkəçi təhdiddə ittiham edib.
Elchi.az xəbər verir ki, buj barədə “BBC News” məlumat yayıb.
Ölkənin Xarici İşlər Nazirliyi Trampın bəyanatını Venesuela xalqına qarşı növbəti ekstravaqant, qanunsuz və əsassız təcavüz” adlandırıb.
ABŞ-ın qanuni olaraq başqa ölkənin hava məkanını bağlamaq səlahiyyəti yoxdur, lakin Trampın onlayn yazısı səyahətdə qeyri-müəyyənlik yarada və hava yollarının oraya uçmaqdan çəkindirə bilər.
Birləşmiş Ştatlar Karib hövzəsindəki hərbi mövcudluğunu artırır və rəsmilərin dediyinə görə, bu, narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədi daşıyır. Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarını onu devirmək cəhdi kimi qiymətləndirib.
Yeganə





















