Vahid Ələkbərov Rusiya hökumətindən nə xahiş edib?

🗓 06.11.2014 21:58 ✍️ "Elçi" qəzeti
Vahid Ələkbərov Rusiya hökumətindən nə xahiş edib?
“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviçə 1bbbe7c8e130000ad2e681344a5bdf39ünvanladığı məktubda hökumətdən sanksiyalar şəraitində ölkənin neft-qaz sahəsinə dəstək verilməsini xahiş edib.
  APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, məktubda “LUKoyl”  rəhbəri  vergi yükünün azaldılmasını və təbii monopoliyaların tariflərinin qaldırılmasına moratori qoyulmasını xahiş edib.   Arkadi Dvorkoviçin mətbuat katibi Aliyə Samiqullina “RİA Novosti”-yə məktubun olmasını təsdiqləyib, lakin təkliflərin mahiyyətini şərh etməkdən imtina edib: “Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”.   Rusiyanın Energetika və İqtisadi İnkişaf Nazirliklərində də Vahid Ələkbərovun məktubuna baxıldığını bildiriblər.  “LUKoyl” neft şirkətində bu məlumata şərh verməkdən imtina ediblər.

Bənzər yazılar