Son doqquz ayda 2 min 794 nəfər vətəndaş Ermənistan vətəndaşlığından imtina edib. Ötən il də demək olar ki, eyni mənzərə var idi: 2 min 515 nəfər ölkə vətəndaşlığından imtina etmişdi.
Elchi.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Pasport və Viza İdarəsinin rəisi, polkovnik Ara Mkrtçyan deyib.
“Ermənistan vətəndaşlığını almağa çalışanlar arasında isə erməni millətindən olan Rusiya vətəndaşları üstünlük təşkil edir”, – o bildirib.