Avropa İttifaqı Cənubi Qafqazda sülh içində və firavan, parlaq gələcəyə inanır.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında Bakıya səfərinə dair paylaşımında bildirib.
“Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən, həmçinin Aİ–Azərbaycan tərəfdaşlığını ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata daha da dərinləşdirmək üçün Bakıdayam”, – o qeyd edib.





















