Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdən 100 mindən çox uşağın zərər çəkdiyini təxmin edir.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada Mərakeşdə baş verən zəlzələdə yaralanan və ya ölən uşaqların dəqiq sayının hələlik məlum olmadığı bildirilib.
Açıqlamada zəlzələdən 100 mindən çox uşağın zərər çəkdiyi qiymətləndirilərək, 2022-ci il üçün hesablamalara görə ölkədə uşaqların üçdə birini təşkil etdiyinə diqqət çəkilib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) zəlzələdən 300 mindən çox insanın zərər çəkdiyini təxmin edir.
Şayəstə Hüseynova