ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonda “2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etmək cəhdi”ndə ittiham olunduğu işin hakimi Tanya Çutkanın işdən geri çəkilməsini tələb edib.
Elchi.az xəbər verir ki, məlumata görə, Trampın vəkilləri Vaşinqton Federal Dairə Məhkəməsinin hakimi Tanya Çutkandan işdən imtina etməsi üçün rəsmi müraciət ediblər.
Çutkanın Trampla bağlı keçmiş açıqlamaları və 6 yanvar 2021-ci ildə Konqres basqını ilə əlaqəsi tələbin səbəbi kimi göstərilib.
Hüquqşünaslar iddia edirdilər ki, bu cür ictimai bəyanatlar ədliyyə sistemi ilə bir araya sığmayan qərəzlilik təsəvvürü yaradır.
Şayəstə Hüseynova