Ukrayna gizli şəkildə tədarük edilən 100-dən çox ATACMS raketi alıb və Rusiyaya qarşı hərbi əməliyyatlar zamanı onlardan istifadə etməyə nail olub.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən The New York Times (NYT) məlumat yayıb.
Fevralın ortalarında prezident Bayden 100-dən çox uzaqmənzilli raket, eləcə də daha çox kasetli sursat göndərilməsi barədə qərarı gizli şəkildə təsdiqləyib, yüksək səviyyəli ABŞ rəsmisi bildirib.
NYT-nin məlumatına görə, Ukrayna hakimiyyəti “Ukraynanın bu silahlardan az miqdarda artıq aldığını və istifadə etdiyini, ehtimal ki, istifadəsini Rusiyadan gizli saxlamaq üçün qeyd etməyib”.
Aprelin 24-də məlum olub ki, ABŞ gizli şəkildə ATACMS operativ-taktiki raketlərini, o cümlədən mart ayı hərbi yardım paketinə heç bir açıqlama vermədən Ukraynaya göndərib.
Nuranə Məmmədova