Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.
Elchi.az “Report”a istinadən xəbər verir ki, bunu “Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi itkilər verib.
Jurnalist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.
Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib.
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq
Tatarıstanda ilkin səhiyyə sahəsində çalışan həkimlər üçün süni intellekt (Sİ) əsaslı köməkçinin yaradılması planlaşdırılır. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər