Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur.
Elchi.az xəbər verir ki, bunu Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.
“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır – 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”, -Ukstenko bildirib.
Qeyd edək ki, martın əvvəlində Ukrayna Milli Bankı bu ilin fevralında ölkənin beynəlxalq ehtiyatlarının əvvəlki ayla müqayisədə 3,5% azalaraq 28,86 milyard dollar təşkil etdiyini açıqlamışdı.
Böyük Kanyonda baş verən daşqında iki nəfər ölüb, 14 nəfər itkin düşüb
ABŞ-nin Arizona ştatında Böyük Kanyon Milli Parkında baş verən daşqın nəticəsində azı iki nəfər ölüb, 14 nəfər itkin düşüb. Elchi.az...





















Son şərhlər