Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Moskvaya pilotsuz təyyarə hücumu barədə açıqlama verib.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, Kleverli Ukraynanın özünü müdafiə etmək üçün qanuni haqqı olduğunu qeyd edib.
Kleverli Ukraynanın Rusiya ərazisinə hücum etmək hüququna malik olub-olmaması ilə bağlı sualı belə cavablandırıb:
“Əlbəttə ki, Ukraynanın öz sərhədləri daxilində bunu etmək üçün qanuni hüququ var, lakin onun öz sərhədlərindən kənarda da güc tətbiq etmək hüququ mövcuddur”, -deyə britaniyalı nazir Estoniyada keçirdiyi mətbuat konfransında bildirib.
Yeganə