Meksika prezidenti Andres Manuel Lopez Obrador Ukrayna münaqişəsində iştirak edən tərəflərə silah verilməsini tənqid edib.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, Obrador silah verilməsini sülhə nail olmaq üçün maneə hesab edir.
O, deyib ki, silahlı münaqişə həm silahla, həm də dəstəklə təşviq edilməməlidir. Obradorun sözlərinə görə, sülh mümkün qədər tez əldə edilməlidir.
Obrador bildirib ki, Meksika BMT-nin baş katibi Antonio Quterreş, Hindistanın baş naziri Narendra Modi və Papa Fransiskə Moskva ilə Kiyev arasında danışıqlarda vasitəçi olmağı təklif edib. Lakin heç kim bu təşəbbüslə maraqlanmayıb. Meksika lideri əlavə edib ki, Mexiko şəhəri neytrallığa sadiq qalmaqda davam edir və Rusiya ilə Ukrayna arasında sülhə nail olmağı gözləyir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun mayın 31-də Kiyevə 300 milyon dollarlıq hərbi yardımın yeni tranşının ayrılmasını elan etmək niyyətindən danışıb.
Yeganə